Xarkovda Azərbaycan konsulluğu açılıb
Bizi izləyin

Nida.az

Xarkovda Azərbaycan konsulluğu açılıb

Oktyabrın 16-da Xarkovda, Petrovski-7 ünvanında Azərbaycanın fəxri konsulluğunun açılışı mərasimi olub.

Publika.az AzərTaca istinadən xəbər verir ki, diplomatik korpusun açılış mərasimində Azərbaycan və Ukrayna XİN nümayəndələri, diplomatik korpusun üzvləri, konsul dairəsinin əhatə etdiyi şəhər və vilayətlərin rəhbərləri iştirak ediblər.

Konsulluq dairəsinə Xarkov vilayətindən başqa, Dnepropetrovsk, Zaporojye, Poltava, Sumı və Çerniqov vilayətləri də daxildir.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbirdəki çıxışında Prezident İlham Əliyevin Ukrayna ilə qarşılıqlı münasibətlərin genişlənməsinə böyük əhəmiyyət verdiyini xatırladıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib ki, qarşılıqlı investisiyaların həcminin artırılmasında, ticarətin gücləndirilməsində, Azərbaycanın və Ukraynanın inkişafı üçün əlverişli işgüzar şərait yaradılmasında maraqlıdır. Həmçinin turizm, təhsil, idman sahəsində də əməkdaşlığın inkişafına çalışacağıq.

Xatırladırıq ki, Əfqan Fəqan oğlu Salmanov 1967-ci il aprelin 20-də Zərdab şəhərində anadan olub. Xarkovda iki ali məktəb bitirib, iqtisadçı və mühəndis-iqtisadçı ixtisaslarına yiyələnib. 2003-cü ildən Sumı Vilayət Sovetinin deputatıdır, hazırda aqrar-sənaye kompleksi məsələləri üzrə daimi deputat komissiyasının üzvüdür. 2008-ci ildən “UK.AZ.Dostluq” MMC-nin həmtəsisçisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm