• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Milli Məclisdə QHT-lərlə bağlı mühüm sənəd imzalandı

  • Nida.az
  • 17 Oktyabr 2014 17:40
  • 611 Baxış
Milli Məclisdə QHT-lərlə bağlı mühüm sənəd imzalandı

Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Publika.az xəbər verir ki, Memorandumu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev imzalayıblar.

Ə. Hüseynli imzalanma mərasimində çıxış edərək bildirib ki, Milli Məclisin spikeri Oqtay Əsədovun təşəbbüsü ilə ərsəyə gələn bu Memorandum parlamentlə Şura və QHT-lər arasında münasibətləri tənzimləyəcək, parlamentin bütün komitələri vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edəcək.

Komitə sədri bildirib ki, bu əməkdaşlıq nəticəsində QHT-lər qanunvericilik bazasının formalaşmasına töhfə verəcəklər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri A. Quliyev isə deyib ki, adıçəkilən sənədin imzalanması vətəndaş cəmiyyəti üçün tarixi hadisədir: “Artıq vətəndaş cəmiyyəti elə səviyyəyə çatıb ki, Milli Məclislə əməkdaşlıq edir. On il qabaq heç kimin ağlına gəlməzdi ki, vətəndaş cəmiyyəti Milli Məclislə bərabərhüquqlu tərəfdaş kimi Memorandum imzalayacaq. Milli Məclis qanun yaradıcılığı prosesində QHT-lərin töhfəsini görmək istəyir. Oqtay Əsədova təşəkkür edirik ki, QHT-lərə belə etimad göstərib. Bu Memorandum nəticəsində QHT-lər təkcə qanun yaradıcılığı prosesinə töhfə verməyəcək, həm də qanunları əhali arasında təbliğ edəcək, vətəndaş cəmiyyəti ilə Milli Məclis arasında daha sıx əlaqələr qurulacaq”.

25 il əvvəl Azərbaycanda QHT-lər yarananda onlara hökumətin əleyhinə olan təşkilatlar kimi yanaşıldığını deyən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə qeyd edib ki, hazırda bu münasibət tam fərqlidir. Onun fikrincə, bu Memorandum da QHT-lərlə parlamentin əməkdaşlığını daha da inkişaf etdirəcək.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR