Səxavət Əlisoy: “Arif Hacılının “qucaqlaşaq” deməsi legitimlik oyunudur”
Bizi izləyin

Nida.az

Səxavət Əlisoy: “Arif Hacılının “qucaqlaşaq” deməsi legitimlik oyunudur”

Müsavat Partiyasının üzvü Səxavət Əlisoy əleyhdarı olduğu yeni başqan Arif Hacılının “sülh çağırışına” mənfi reaksiya verib.


Publika.az-a açıqlamasında S. Əlisoy bildirib ki, seçki pozuntuları ilə bağlı ortada kifayət qədər fakt var: “Belə vaxt hansı sülhdən, qucaqlaşmadan söhbət gedə bilər. Belə çıxır ki, qeyri-qanuni yolla başqan seçilirsən, sonradan hər şeyi unutmağa çağırırsan. Bu, yeni oyundur”.


S. Əlisoy hesab edir ki, A. Hacılı hamını barışığa çağırmaqla seçki saxtakarlığını ört-basdır etmək, bununla da öz legitimliyini qəbul etdirmək istəyir.

“Müsavat naminə mən hər şeyə hazıram. Amma bu qucaqlaşmaq çağırışın arxasında Müsavatın bu günki acınacaqlı vəziyyətinin davam etməsi dayanır. Ona görə də bunu oyundan başqa heç nə dayanmadığını düşünürəm və mən şəxsən “qucaqlaşmaq” qəbul etməkdən imtina edirəm”, - deyə o bildirib.


Qeyd edək ki, Müsavat başqanı A. Hacılı narazılara müraciət edərək onları “qucaqlaşmağa” çağırıb.


“Müsavat Partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr Qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa birgə fəaliyyət göstərməyə çağırmışdım.

Əksər partiya üzvləri bu çağırılma qoşulsalar da qarşılıqlı ittihamlar tam durdurulmadı. 18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq. Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm