Nida.az
“İsa bəyin yenidən başqan olması siyasi oyunbazlıq olar”
“Siyasi oyunbazlıq deyil ki, İsa Qəmbər yenidən başqanlığa qayıtsın”.
Bunu Publika.az-a açıqlamasında Müsavatın yeni
başqanı Arif Hacılının legitimliyinə qarşı çıxan Səxavət Əlisoy
deyib.
Onun sözlərinə görə, bəzi müsavatçılardan belə təklif gəlib: “Amma
nizamnamə var və nizamnamə iki dəfədən artıq seçilməyə imkan
vermir. İsa bəyin yenidən başqan olması siyasi oyunbazlıq
olar”.
S. Əlisoy Arif Hacılının barışıq müraciətinin nə ilə
nəticələnəcəyinə də münasibət bildirib.
“Ortada faktlar var. Bir dəfə demişəm, yenə deyirəm. Bu, aşirət deyil ki, küsülülər barışsın. Müsavat siyasi partiyadır və burda keçirilən seçkidə saxtakarlığın, ədalətsizliyin olması ilə bağlı faktlar var. Bu faktlara cavab verilməlidir. Ondan sonra nələrin olacağını zaman göstərəcək. Yoxsa, gəlin hər şeyi unudaq prinsipi qəbuledilməzdir. Kim istəyir barışsın, qucaqlaşsın. Amma məni düşündürən Müsavatın bir siyasi partiya olaraq mövcudluğudur. VIII qurultay Müsavat tarixinə qara ləkədir. Bunu aradan qaldırmalıyıq, əgər bu baş verəcəksə, sakitik olacaq. Əks təqdirdə, başqa şeylər də ola bilər”, - deyə o bildirib.
S. Əlisoy qeyd edib ki, dünən Arif Hacılının legitimliyinə partiya
funksionerləri etiraz edirdisə, bu gün rayon təşkilatları da bu
etiraza qoşulur: “Obyektivlik bərpa olunmasa, narazılıq da
zaman-zaman davam edəcək. Bayramda çıxıb “gəlin barışaq” deməklə iş
bitmir. Qarşıdan Yeni il, Novruz bayramları gəlir. Onda hər
problemi bayramda müraciət etməklə həll etməliyik. Əgər obyektivlik
olmasa, Arif Hacılının müraciətinin 5 qəpiklik faydası
olmayacaq”.
“Adil Qeybulla ilə birgə təsis etdiyiniz SDİM gələcəkdə siyasi quruma çevrilə bilərmi?” sualına cavabında S. Əlisoy “Hər şey mümkündür” deyib. O hətta bu qurumun Müsavata alternativ olmasını da mümkün hesab edib.
Asif Nərimanlı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi