“BAXCP Avropa Parlamentində təmsil oluna bilər”
Bizi izləyin

Nida.az

“BAXCP Avropa Parlamentində təmsil oluna bilər”

“BAXCP-nin Avropa Parlamentinin “Avropa Mühafizəkarları və islahatçıları” qrupuna üzlüyünə qəbulla bağlı danışıqlar aparılır” – bu fikirləri Publika.az –a BAXCP sədrinin icitimai və siyasi məsələrə üzrə müavini Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, BAXCP sədri Qüdrət Həsənquliyev 3 gün əvvəl Avropa Parlamentinin “Avropa Mühafizəkarları və islahatçıları” qrupunun rəhbərləri ilə görüş keçirib:

Görüşdə əsas müzakirələrtdən biri də BAXCP-nin qrupa üzvlüyü məsələsi olub. Bu yönümdə rəhbərliklə xeyli müzakirələr aparılıb. Hal-hazırda bu qrupda Gürcüstandan “Xristian-Demokrat Hərəkatı”, Ermənistandan “Çiçəklənən Erməstan” partiyaları təmsil olunurlar.

Avropa Parlamentində qərarlar öncə qruplarda müzakirə edilir və qəbul olunur, daha sonra isə plenar iclasa çıxarılır. Buna görə də Avropa Parlamentinin qruplarında Azərbaycan partiyalarının təmsil olunması son dərəcə vacib məsələdir. Hazırda Azərbaycandan yalnız Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin ən böyük qrupu olan Avropa Xalq Pariyası qrupunda müşahidəçi statusu ilə təmsil olunur. Digər 6 qrupda isə Azərbaycanı heç bir siyasi təşkilat təmsil etmir. Bu baxımdan, Avropa Parlamentinin qruplarında təmsilçilik ölkəmiz üçün son dərəcədə önəmli bir məsələdir.

Güman edirəm ki, BAXCP-nin qrupda təmsilçilik məsələsi müsbət həllini tapacaq. Bu ölkəmiz üçün də əhəmiyyətli bir addım olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm