• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qərb Rusiyanın çöküş planına Bakını qoşmaq istəyir

  • Nida.az
  • 2 Noyabr 2014 11:29
  • 479 Baxış
Qərb Rusiyanın çöküş planına Bakını qoşmaq istəyir

“Azərbaycan siyasətdə o qədər naşı bir ölkə deyil ki, böyük siyasi kompromislərə getsin”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Rusiyanın bir vaxtlar Azərbaycana verdiyi vədlərə əməl etmədiyini bildirib:

“Rusiya uzun müddət bizə vədlər verdi. Qarabağın qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təminatıyla bağlı Bakı ilə danışıqlar aparılırdı. Cəmiyyətdə illüziya xarakterli nikbinlik yaranmışdı ki, Rusiyanın köməyi ilə Qarabağ bizə qayıdacaq. Ermənistanda isə bununla bağlı həyəcan başlamışdı. Bütün bunlar baş vermədi. Yəni Rusiya iyula qədər bu illüziyanı yaşatdı, sonra isə planı həyata keçirə bilmədi. Düzdür, indi də Bakının Rusiya ilə münasibətləri yaxşıdır, amma onlar deyirlər ki, bizim vədlərə əməl etməyimiz üçün Avrasiya İttifaqına girin. Azərbaycan siyasətdə o qədər naşı bir ölkə deyil ki, böyük siyasi kompromislərə getsin. Qərb isə Rusiyanı çökdürmək istəyir və bu prosesə Azərbaycanla Ermənistanı da qoşmaq istəyir. Bu məqamda isə Qərb Azərbaycanı çox gözəl başa düşür. Bakının bir nömrəli məqsədi Qarabağın geri qaytarılmasını həyata keçirməkdir. Buna görə də Paris görüşündə onlar indiyə qədər görülməmiş dərəcədə bizim problemlərə rəğbətlə yanaşdılar. Bu Azərbaycanın siyasi rəhbərliyində ruh yüksəkliyi yaratmaya bilməzdi. Artıq Qərbə inteqrasiya xətti gündəmə gəlməlidir. Bakı hələlik neytraldır. Görünür, hər hansı tərəfi tutub onun vasitəsilə problemlərin həllinə nail olmağın vaxtı çatıb”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR