Nida.az
“Milli Şuranın Rüstəm İbrahimbəyovun qarşısında öhdəliyi yoxdur”
“Milli Şuranın Rüstəm İbrahimbəyovun qarşısında heç bir öhdəliyi yoxdur”.
Bunu Publika.az-ın “Rüstəm İbrahimbəyov Milli Şuranın işində hansı
formada iştirak edir?” sualını cavablandıran qurumun Koordinasiya
Mərkəzinin üzvü Vidadi Mirkamal deyib.
V. Mirkamal İbrahimbəyovun Milli Şura ilə təmas yaratmadığını da
bildirib: “Əgər əlaqə yaradacaqsa, Cəmil Həsənli ilə yaratmalıdır.
Mənimsə onunla heç bir təmasım olmayıb. Onunla birinci dəfə ötən il
prezidenti seçkilərindən öncə avqust ayında məşhur Tiflis görüşündə
təmas quruşam. Ondan sonra ümumiyyətlə heç bir əlaqəm olmayıb.
Rüstəm İbrahimbəyovun Milli Şuranın işinə hansıa formada müdaxilə
də etdiyini, yaxud qurumun işində iştirak etdiyini görməmişəm”.
V. Mirkamal R. İbrahimbəyovun Milli Şuranın təşəbbüskarı olduğu
üçün fəxri sədr seçildiyini vurğulayıb.
“Sadəcə olaraq, təşəbbüs onun tərəfindən gəldiyi üçün fəxri sədr
olması qərara alındı. Əvvəldən bunun simvolik olduğu məlum idi.
Onsuz da o, əvvəldən ictimai-siyasi həyata nüfuz etmək imkanında
deyildi. Bu gün Milli Şuranın onu qarşısında hansısa öhdəliyi
yoxdur”, - deyə o, bildirib.
Qeyd edək ki, kinorejissor Rüstəm İbrahimbəyov bir neçə gün öncə
mediaya açıqlamasında heç vaxt siyasətlə məşğul olmadığını deyib:
“Heç vaxt siyasətlə məşğul olmamışam. Yalnız bir dəfə vəziyyət belə
yaranıb ki, prezidentliyə namizədliyimi irəli sürməyə məcbur
olmuşam. Bundan əvvəl və bundan sonra da heç vaxt siyasətlə məşğul
olmamışam”.
Asif Nərimanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ