• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanlı deputat Avropada erməniləri pat vəziyyətinə saldı

  • Nida.az
  • 6 Noyabr 2014 15:12
  • 581 Baxış
Azərbaycanlı deputat Avropada erməniləri pat vəziyyətinə saldı

Azərbaycan Milli Məclisinin üzvü, Avronest Parlament Assambleyasının komitə sədrinin müavini Azay Quliyev qurumun PA-nın Sosial Komitəsinin 5 noyabrda Brüsseldə keçirilən iclasında iştirak edib.


Publika.az xəbər verir ki, iclasda münaqişə bölgələrində etimad mühitinin yaradılması haqqında Avropa İttifaqının rəsmisi Adriano Martinsin məruzəsi dinlənilib və Şərq tərəfdaşlığı ölkələrinin (ŞTÖ) münaqişə bölgələrində, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində etimadın yaradılması missiyası barədə ətraflı məlumat verilib.


Müzakirələr zamanı çıxış edən A. Quliyev etimad mühitinin yaradılması istiqamətindəki tədbirlərə müsbət yanaşdığını və bunun üçün ilk növbədə Dağlıq Qarabağın erməni və Azərbaycan icmalarının birgə görüşünün təşkilinin vacib olduğunun bildirib.


Deputat Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə oradan zorla çıxarılmış azərbaycanlıların mütləq bir araya gəlməsini və regionun gələcək statusunu birgə müəyyənləşdirməsinin vacibliyinə diqqət çəkib.


Ermənistanı təmsil edən Tevan Poqosyan isə qondarma Dağlıq Qarabağ Respublikasının mövcudluğu və sülh danışıqlarında onun da ayrıca münaqişə tərəfi kimi iştirak etməsi haqqında əsassız fikirlər səsləndirib.

Təkrar söz alan millət vəkili A. Quliyev erməni deputatını yalan danışmaqda və auditoriyanı çaşdırmaqda ittiham edərək “DQR” deyilən bir qurumun mövcud olmadığını, heç bir dövlət, o cümlədən Ermənistan və beynəlxalq qurum tərəfindən tanınmadığını, münaqişədə yalnız iki tərəfin işğalçı Ermənistanla və işğala məruz qalan Azərbaycanın olduğunu və bu formatın ATƏT-in Minsk qrupu tərəfindən qəbul edildiyini nümayəndələrin diqqətinə çatdırıb.


A. Quliyev Aİ-nin Xarici Əlaqələr Xidmətinin nümayəndəsi, xidmətinin ŞT bölməsinin sədr müavini cənab Adriano Martinsə açıq sual ünvanlayaraq erməni deputatın bəhs etdiyi “DQR” adlı bir qurumun olub-olmamasını və onu Avropa İttifaqının tanıyıb-tanımamasını auditoriya qarşısında elan etməsini xahiş edib.


Cənab Martins deputatımızın sualına cavab olaraq bildirib ki, “DQR” adlı bir qurum yoxdur, belə bir qurumu nə tanıyır, nə də qəbul edirlər.
Bu cavabdan sonra erməni deputatları bir daha bu məsələyə qayıtmayıblar.


Daha sonra Azay Quliyev Dağlıq Qarabağa qanunsuz səfər edənlərin Azərbaycan tərəfindən “qara siyahıya” salınması və onlara viza verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib və bu siyasətin bundan sonra da davam edəcəyini bildirib.


Ciddi müzakirələrə səbəb olan daha bir məsələ Şərq Tərəfdaş ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun noyabrın 21-də Batumidə keçiriləcək illik toplantısında tanınmayan ərazilərin QHT-lərinin dəvət olunması haqqında Gürcüstandan olan məruzəçi Mirzalişvilinin təklifi olub.


Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev bu təklifin çox zərərli olduğunu, sülh danışıqlarının ruhuna zidd olduğunu bildirdi və belə bir addımı separatist rejimlərin stimullaşdırılması və dolayısı ilə işğal edilmiş ərazilərdə mövcud olan qondarma rejimlərin legitimləşdirilməsi cəhdi kimi qiymətləndirib.


Millət vəkili fikrini əsaslandıraraq bildirib ki, heç bir legitim əsasa söykənməyən bu cür qurumların vətəndaş cəmiyyəti forumuna dəvət olunması təşəbbüsü Azərbaycan Milli Platforması tərəfindən qəti şəkildə pislənib və bu qanunsuz addımın atılacağı halda Azərbaycanın bu forumda iştirakını dayandıracaq.


Vətəndaş cəmiyyəti forumunun məruzəçisi Mirzalişvili bu məsələnin həlli üçün konsensusun olmalı olduğunu qeyd etdi və Azərbaycanın mövqeyinin nəzərə alınacağını bildirib.


Yekunda A. Quliyev “Mədəniyyət və ŞT kontekstində mədəniyyətlərarası dialoq” mövzusunda məruzə layihəsi ilə bağlı müzakirələrdə iştirak edib, məruzə ilə bağlı öz fikirlərini və təkliflərini səsləndirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR