İran xarici işlər nazirinin müavini Bakıya gəlir
Bizi izləyin

Nida.az

İran xarici işlər nazirinin müavini Bakıya gəlir

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur sabah Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi İran prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən səfəri ilə bağlı bəzi məsələləri müzakirə etməkdir.

Səfər zamanı İ.Rəhimpur Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş keçirəcək.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, iqtisadi məsələlər müzakirə olunacaq.

İ.Rəhimpur İran prezidenti H.Ruhani ilə birlikdə vətənə qayıdacaq.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana noyabrın 12-də səfər etməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm