Qulamhüseyn Əlibəyli Əhməd Orucu nədə ittiham etdi?
Bizi izləyin

Nida.az

Qulamhüseyn Əlibəyli Əhməd Orucu nədə ittiham etdi?

Demokratiya Uğrunda Müqavimət Hərəkatının dağılması və ya Açıq Cəmiyyət Partiyasının Müqavimət Hərəkatını tərk etməsi ilə bağlı heç bir ehtimal yoxdur.

Publika.Az-a bu barədə Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli danışıb.

Demokratiya Uğrunda Müqavimət Hərəkatında KXCP, Azadlıq, Acıq Cəmiyyət, Aydınlar və Liberal Demokrat Partiyaları təmsil olunur.

Azadlıq Partiyasının sədri Əhməd Oruc mətbuata açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin təşkilatın Sədrlər Şurasının son toplantılarına qatılmadığını bildirib. O, həmçinin Açıq Cəmiyyət Partiyasının İctimai Palata ilə əməkdaşlıq edəcəyi ilə bağlı fikirlərə sərt reaksiya verib.

Qulamhüseyn Əlibəyli söyləyib ki, Sülhəddin Əkbər Demokratiya Uğrunda Müqavimət Hərəkatı Sədrlər Şurasının son toplantısına qatılıb:

"Partiyanın əvvəlki sədri Vaqif Mahmudovun dövründə belə problemlər olurdu. Sülhəddin bəy Hərəkatın Sədrlər Şurasının son toplantısına qatılıb və bildirib ki, partiyanın əsas məqsədlərindən biri Müqavimət Hərəkatının gücləndirilməsidir".

Açıq Cəmiyyət Partiyasının İctimai Palata ilə əməkdaşlığına gəlincə, Qulamhüseyn Əlibəyli bildirib ki, istənilən partiya istənilən qurumla əməkdaşlıqda sərbəstdir və Əhməd Orucun açıqlamasını onun subyektiv fikri kimi qəbul etmək lazımdır: "Açıq Cəmiyyət Partiyasının İctimai Palata ilə əməkdaşlığı Müqavimət Hərəkatında ciddi narahatlıq yaratmayıb".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm