Qubad İbadoğludan sərt açıqlama: “Baş verənləri İsa Qəmbər idarə edir”
Bizi izləyin

Nida.az

Qubad İbadoğludan sərt açıqlama: “Baş verənləri İsa Qəmbər idarə edir”

Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu keçmiş başqan İsa Qəmbərin “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyətlə Müsavat arasında gedir” açıqlamasına sərt reaksiya verib.


Q. İbadoğlu Publika.az-ın “Bununla İsa Qəmbər yeni rəhbərliyin sizin iqtidara işlədiyiniz haqda ittihamlarına dəstək vermiş olurmu?” sualına cavabında təəssüfləndiyini bildirib: “İsa Qəmbər yenə də tərəf kimi çıxış edir. O, bununla baş verənləri nəinki izlədiyini, hətta idarə etdiyini göstərdi. Eyni zamanda, ənənəvi yanaşması ilə partiyada baş verənlərin məsuliyyətini hazırkı rəhbərliyin üzərindən atmaq niyyəti güdür və partiyadaxili repressiyalara haqq qazandırır.

Buna çox təəssüf etdim. Deyilənlər minlərlə müsavatçının apardığı mübarizənin üzərinə kölgə salmağa yönəlib və kökündən yanlışdır. Bizim mübarizəmiz məfkurə mübarizəsidir. Odur ki, Müsavat partiyasının nizamnamə ilə idarəçiliyinə çalışırıq, onun güclənməsi ilə bağlı təkliflər paketi ilə çıxış etmişik. Buyursunlar, açıqlamalarını təsdiq edən bircə dənə də olsun fakt təqdim etsinlər”.


Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy və partiyadan istefa verən Əlövsət Talışxanlı da Publika.az-a açıqlamalarında İsa Qəmbəri şər atmaqda ittiham ediblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm