Putin, Ərdoğan və Əliyev yeni dünya nizamı yaradır
Bizi izləyin

Nida.az

Putin, Ərdoğan və Əliyev yeni dünya nizamı yaradır

Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri geosiyasi mənzərədə yeni proseslərdən xəbər verir. Son dövrlər Ankara-Moskva-Bakı yaxınlaşması fonunda bu səfər diqqətçəkəndir.


Publika.az xəbər verir ki, “Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru, siyasi şərhçi Fyodor Lukyanov üç dövlətin yaxınlaşmasını belə izah edir: “Bakı Rusiyanın indiki vəziyyətinin çətinliyini anlayır. Azərbaycanın dəstəyi ilk dəfə deyil. Rusiyaya nə vaxt kənardan dəstək lazımdırsa, Bakı özünü yetirir. Azərbaycan Rusiyadan Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşməsini və ərazi bütövlüyü çərçivəsində həllinə çalışmasını istəyir. Yerdə qalan hər şey öz həllini tapacaq”.


Onun sözlərinə görə, Türkiyə öz müstəqil siyasətini yürüdür: “Ankara artıq XX əsrin ikinci yarısındakı obrazından çoxdan çıxıb. Türkiyə NATO-nun üzvü olaraq qalır, lakin siyasətdə ABŞ və Avropa Birliyinin təlimatları ilə hərəkət etməyəcəyini nümayiş etdirir. Bundan başqa, Brüsseldə Ankaranı incidiblər. Türkiyəyə Avropa Birliyinə giriş şansının olmadığını göstərdilər və o, Yaxın Şərq böhranında itib qalıb. Rusiya “Cənub axını”nını perspektivsiz olduğunu anladı. Türkiyə isə Avrasiya enerjisinin Avropaya çıxışında əsas rol olmaqda maraqlıdır”.


Xəzər əməkdaşlığı institutunun baş direktoru Sergey Mixeyev də Rusiya, Türkiyə və Azərbaycanın ümumi siyasətdə birgə hərəkət etməsinin vacibliyinə toxunub: “Türkiyə və Azərbaycan birgə maraqları qorumağa çalışırlar. Bu ölkələr sanksiyalar fonunda Moskva ilə yaxın əlaqələrin Qərb tərəfindən yaxşı qarşılanmayacağını da bilir. Lakin onlar Qərbin hansısa davranışlarının tətbiq edilməsindən heç bir divident əldə etməyəcəklərini yaxşı anlayırlar. Digər tərəfdən, Ankara və Bakı Rusiyanın Avrasiyada ciddi oyunçu olduğuna inanır və belə bir oyunçu ilə düşmən olmaq heç birinə sərf etmir. Ərdoğan və Əliyev Qərbin üzdə gülüb, arxada nə etdiyini də yaxşı bilirlər. Buna görə də onlar öz dövlətlərinin maraqlarını hər şeydən üstün tuturlar”.


S. Mixeyev Qərb təzyiqlərinin təkcə Moskvaya deyil, Ankara və Bakıya da ünvanlandığını bildirib. Onun sözlərinə görə, son bir ildə Qərbin əli ilə Türkiyədə ciddi qarışıqlıq olub: “Azərbaycanda da qərbyönümlü müxalifət hakimiyyəti ittiham edir. Qərb bu qüvvələrə maliyyə dəstəyi və digər köməkliklər göstərir. Bunlar heç kimə sirr deyil. Bunların fonunda, Bakı və Ankaranı öz maraqlarından çıxış etdiyinə görə qınamaq doğru deyil”.


Azərbaycanlı politoloq Rövşən İbrahimova görə, Azərbaycan xarici siyasətini yalnız öz dövlət maraqları üzərində qurur. Onun sözlərinə görə, indiki halda Moskva ilə əməkdaşlıq Bakı üçün sərfəlidir: “Bakı regionda bütün münasibətlərə açıqdır. Xüsusilə bu münasibətlər milli maraqlara əks deyilsə. Bu baxımdan, Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən Azərbaycan öz bazarlarının bu ölkə üçün açdı. Eyni sözləri Türkiyəyə də aid etmək olar. Ankara üçün Moskva strateji partnyordur. Bu ölkələr arasında ticarət dövriyyəsi milyardlarla ölçülür. Türkiyə Rusiyadan “mavi yanacaq” da alır. Buna görə TANAP-la yanaşı, Rusiya qazının Türkiyə vasitəsilə Avropaya çıxarılması üçün yeni kəmərin tikilməsində Ankara maraqlıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm