Nida.az
Putin-Ərdoğan-Əliyev birliyi: Qarabağ Azərbaycana qaytarıla bilər? – TƏHLİL
Vladimir Putinin Ankara səfərindən öncə siyasi səhnədə sıradan hadisə kimi qarşılanan mühüm bir detal baş verdi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev telefon vasitəsilə danışdı və Ərdoğan azərbaycanlı həmkarının Antaliyada keçirilənə “böyük iyirmiliyin” sammitinə dəvət etdi. Həmçinin Rusiya-Türkiyə münasibətlərinin gələcəyi haqda fikir mübadiləsi aparıldı.
Əslində, bu, diqqətdən yayınmayacaq qədər mühüm detaldır. Çünki Ankara-Moskva yaxınlaşması Bakıya regionda siyasi güc və iqtisadi dividentlər gətirməklə yanaşı, ölkənin əsas prioriteti olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də önəmlidir. “Hər şey Rusiyanın əlindədir”. Bəzən bu tipli açıqlamalar ciddi qəbul edilməsə də, Moskvanın İrəvanın siyasətini idarə etməsi təkzibolunmaz faktdır. Deməli, Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa da ancaq ruslar məcbur edə bilər. Amma əvvəlcə bu istək Moskvada olmalıdır.
Bu günə qədər Moskva üçün postsovet ölkələrindəki qeyri-sabit
vəziyyət, dondurulmuş münaqişələrin mövcudluğu sərfəli olub.
Ekspertlər eyni yanaşmanı Dağlıq Qarabağ münaqişəsinə də şamil
edirlər. Bu keçmiş imperiyanın özündən qopmuş torpaqlara hakim
olmaq kimi təbii hissdən və dünya nizamındakı qarşıdumadan irəli
gələn məsələdir.
Lakin regiondakı son proseslər Moskvanın Qarabağ münaqişəsinə
yanaşmasını da dəyişdirdiyi ehtimalını gücləndirir. Qərb
sanksiyaları qarşısında iqtisadi çöküş yaşayan Rusiya üçün regionun
aparıcı ölkələri olan Türkiyə və Azərbaycanla münasibətləri isti
tempdə saxlamaq olduqca vacibdir. Təsadüfi deyil ki, Avropanın
qorxusuna çevrilən “Cənub axını” layihəsindən imtina edən Putin çox
uzağa getmədən eyni marşrutu Türkiyəyə köçürmək niyyətini açıqladı.
Azərbaycan da Rusiya üçün sanksiyalar qarşısında duruş gətirməyin
əsas dayaqlarından biri rolunu oynayır. Deməli Moskva üçün indiki
vaxtda Ankara və Bakının istəyinə qarşı çıxmaq sərfəli olmaz.
Buna paralel olaraq, Rusiyanın müəllifi olduğu Avrasiya İttifaqına
qoşulan Ermənistana çıxışlar əldə etmək Kreml üçün prioritet
məsələdir. Bunun üçün üç yol var. Gürcüstan, İran və Türkiyə.
Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladığı üçün
artıq Avropa Birliyinə daha yaxın ərazi hesab olunur və Qərbə qarşı
olan ittifaqın üzv dövlətinə öz ərazisindən tranzit vermək öz
əlində deyil. İran Ermənistan üçün ən unikal variantdır. Lakin
Tehranın Qərblə yumşaq siyasət qurmaq istəkləri buna maneələr
yarada bilər. Nəhayət, Türkiyə yolu qalır. Qara dəniz üzərindən
keçən bu yol yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılmasından
sonra baş tuta bilər. Bunun üçünsə Ankaranın zaman-zaman dilə
gətirdiyi kimi, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının
azad etməlidir.
Digər tərəfdən, Ankara-Bakı-Moskva üçbucağının birlikdə əldə edəcəkləri güc regionda əsas qüvvə olacaq. Bu qüvvənin mərkəzindən qaçmaq Ermənistana sərf etməz, xüsusilə, gücün əsas tərəfindən biri arxasını söykədiyi Rusiyadırsa. Bu baxımdan, hazırda çətin vəziyyətdə olan Moskvanın Dağlıq Qarabağa görə İrəvana təzyiq etmək ehtimalı böyükdür.
Burada Türkiyənin də Rusiya ilə yaxınlaşmasının bir sıra siyasi və
iqtisadi maraqları mövcuddur. Ankara Rusiya ilə yaxınlaşmada
Qarabağ münaqişəsinin həlli açarını ələ keçirməyin mümkün olduğunu
anlayır. Münaqişənin həllində mühüm rol oynamaq Türkiyə üçün əsas
maraq dairələrindən olan Cənubi Qafqazda möhkəmlənmək və
Ermənistanla sərhədləri rahat şəkildə açaraq bu ölkənin təsir
dairəsinə keçmək deməkdir.
Bakı üçünsə ən önəmli olan ərazi bütövlüyünün bərpasıdır. Həmçinin
bütün hallarda qazanan o və yaxın müttəfiqləri olacaq.
“Trend” informasiya agentliyinin eksperti, keçmiş təhlükəsizlik
zabiti Arzu Nağıyev Publika.az-a açıqlamasında Ankara-Bakı-Moskva
yaxınlaşmasının münaqişənin həllinə müsbət təsir edəcəyini
düşünür.
“Türkiyə - Rusiya görüşləri, nəhayət, dekabrın 1-də reallaşdı.
Rusiya prezidenti Vladimir Putin Ankarada Türkiyə prezidenti Rəcəb
Tayib Ərdoğanla görüşdü. Əvvəlcədən də deyildiyi kimi, əsas məsələ
iqtisadi əlaqələrin möhkəmləndirilməsi oldu və görüşün yekunu kimi
səkkiz sənəd imzalandı. Türkiyəyə ixrac edilən təbii qazın
qiymətində 6 faiz endirim ediləcəyi haqqında razılıq əldə edildi.
Bundan başqa, bu görüş “Akkuyu” atom elektrik stansiyasının (AES)
tikintisi layihəsinin təsdiqlənməsi ilə yadda qaldı. Məlumdur ki,
regionda həlli vacib olan problemlərdən biri də Dağlıq Qarabağ
münaqişəsidir və bu problem həll edilmədən regional stabillikdən
söhbət gedə bilməz”, - deyə ekspert Putinin Ankara səfəri haqda
danışarkən bildirib.
A. Nağıyev Bakının Ankara-Moskva yaxınlaşmasından münaqişənin
müsbət həlli istiqamətində şans əldə edə biləcəyini düşünür:
“Rusiyaya qarşı ABŞ və Avropa Birliyi ölkələrinin tətbiq etdiyi
sanksiyalara baxmayaraq, Türkiyənin belə sərbəst siyasət yeritməsi,
kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı və s. çox cəlbedici
görünür. Deməli, burada hər bir dövlətin öz marağı mövcuddur. O
cümlədən, Azərbaycan da öz maraqlarından çıxış edir. Rusiya Türkiyə
vasitəsilə öz qazını satır və ciddi maliyyə sanksiyalarını qismən
həll edir, Türkiyə ixrac və idxal bazarını artırır, Azərbaycan isə
qaz ixracında müəyyən irəliləyiş əldə edir. Ən başlıcası isə Ankara
və Moskvanın yaxınlığından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesinə təsir edə biləcək bir şans əldə edir.
Bildiyimiz kimi, Ermənistanla sərhədlərin açılmasında Türkiyəyə
artıq Roma katolik kilsəsi vasitəsilə yeni bir dini təzyiq də əlavə
edilib”.
Ekspert Ankara-Bakı-Moskva yaxınlaşmasının Ermənistanın bir sıra
siyasi dairələrini narahat etdiyini bildirib.
“Çünki Rusiya Türkiyənin qoyduğu bəzi şərtlərlə razılaşmaya bilməz
və bunu yerinə yetirməlidir. Bu halda isə Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini
dəstəkləməlidir. Yəni, Rusiya-Türkiyə yaxınlaşmaları Dağlıq Qarabağ
məsələsinin həllinə ancaq müsbət təsir edəcək. Deməli, münaqişə ilə
bağlı danışıqlarda müsbət dönüş yarana bilər”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO