Nida.az
Elmar Məmmədyarov Azərbaycanın narazılığını çatdırdı
Avropa və bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ciddi təhdidlər qarşısında olduğu bu kritik dövrdə ATƏT iştirakçı dövlətlərin meydana gələn çağırışlara qarşı ortaq addım atmasında əvəzolunmaz faydalı platforma olmaqda davam edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmadyarov Bazeldə ATƏT-in Nazirlər Şurasının 21-ci iclasında çıxışı zamanı deyib.
E.Məmmədyarov bildirib ki, Azərbaycan kimi bloklara üzv olmayan ölkələr üçün ATƏT maraqlarımızı birtərəfli hökmranlığın təzyiqlərindən müdafiə və təşviq etmək üçün yeganə çoxtərəfli formatıdır: "Biz bir-birinə müxalif olan siyasi-hərbi bloklar arasında artan rəqabət nəticəsində bölücü xəttlərin dərinləşməsindən və Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun getdikcə daha da zəifləməsindən ciddi şəkildə narahatlıq hiss edirik. ATƏT həm genişlənən siyasi/hərbi bloklar, həm də bloklara üzv olmayan ATƏT-in iştirakçı dövlətləri arasında etibarlı və təhlükəsiz münasibətlər şəbəkəsinin yaradılmasında istifadə olunmalıdır".
Nazirin sözlərinə görə, ATƏT-in hazırkı gündəliyində məqsədyönlü
şəkildə insan hüquqları və fundamental azadlıqlarla bağlı
məsələlərə həddindən artıq böyük diqqət yetirilir: "Demokratiya
quruculuğu sahəsində böyük dəstəyə rəğmən, təəssüf ki, bəzən biz
müfəssəl və bütöv yanaşmada çatışmazlıqlar, ikili standartlar, bəzi
ATƏT institutları tərəfindən mandatlarının pozulması və insan
hüquqlarına münasibətdə narahatlıqlar adı altında ATƏT iştirakçısı
olan dövlətlərdə təhlükəsizliyi pozmağa yönəlmiş cəhdlər müşahidə
edirik. Biz müvafiq ATƏT institutlarını etimadı bərpa etmək
istiqamətində ciddi səylər göstərməyə və müvafiq mandatlarını icra
edərkən ikili standart, coğrafi və digər üstünlüklərdən uzaq olmağa
çağırırıq".
E.Məmmədyarov təəssüflə deyib ki, ATƏT ərazisindəki həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə hələ də əsas təhlükədir: "ATƏT-in vasitəçilik imkanlarının gücləndirilməsi Helsinki Yekun Aktının əsas prinsiplərinin selektiv təfsirinə və ATƏT iştirakçısı olan dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinə qarşı ciddi müqavimətlə müşayiət olunmalıdır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq 4 qətnaməsinə açıq-aşkar hörmətsizlik olaraq qalmaqda davam edir. Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi, Uels və Parisdə keçirilən sonuncu danışıqlarından sonra Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində irimiqyaslı təxribatçı hərbi təlimlər həyata keçirdi. Hər üç görüşdə sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə müəyyən müsbət işarələr var idi. Ermənistan tərəfindən belə təxribatçı güc nümayişi bu danışıqların ruhuna, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin səylərinə uyğun gəlmir və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan ərazilərindən çıxarılmasının siyasi həllinə nail olunması istiqamətində etimadın qurulmasına mənfi təsir göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı hərbi heyət və texnikanın cəlb edilməsi ilə keçirilmiş Ermənistanın bu irimiqyaslı hərbi təlimləri ilə bağlı narahatlıqlarını ifadə etmişlər. Ermənistanın bu kimi hərbi təlimləri təkcə vasitəçilərin sülh danışıqlarında irəliləyiş əldə etməsinə maneçilik cəhdi kimi deyil, eyni zamanda ərazilərin işğalının möhkəmləndirilməsinin davam etməsi kimi qiymətləndirilməlidir.
Azərbaycan dəfələrlə bəyan etmişdir və mən də bunu bir daha təkrar edirəm ki, hər an gözlənilməz nəticələrə yol aça biləcək gərginlik potensialı ilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir".
Nazirin fikrincə, Ermənistan hökuməti dərk etməlidir ki, hərbi
təcavüz nəticəsində güc tətbiqi ilə əldə olunmuş status-kvoya
arxalanmaq ciddi səhvdir: "Azərbaycan ərazilərinin işğalı və yerli
əhalinin öz doğma yurd-yuvalarından etnik təmizlənməsi həll yolu
deyil və heç vaxt Ermənistanın arzu etdiyi siyasi nəticəni
verməyəcəkdir. Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan
ərazilərindən çıxarılması etimadın qurulması üçün önəmli addım
olacaq və sülh prosesinin gedişatını tamamilə dəyişəcək və Cənubi
Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş
imkanlar yaradacaqdır.
Paris sammitində Prezident Fransua Oland, həmçinin Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəklənən və çağırış edilən sülh sazişinin tərtib edilməsinə Azərbaycanın hazır olduğunu bir daha vurğulamaq istərdim. Bizim hamımız Ermənistanı bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməyə çağırmalıyıq".
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO