İsa Qəmbərin qarşısında tələb qoyuldu: “İndiyə qədər hara baxırdın?”
Bizi izləyin

Nida.az

İsa Qəmbərin qarşısında tələb qoyuldu: “İndiyə qədər hara baxırdın?”

“Bu gün Mərkəzi-Nəzarət Təftiş Komissiyasını cəza orqanına çevirirlər, lakin İsa Qəmbər susur”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının keçmiş müavini, hazırkı rəhbərliyin legitimliyini tanımayan Hüseyn Məlik deyib.


O, İsa Qəmbərdən Divan və MNTK-nın cəza orqanına çevrilməsinə imkan verməməyi tələb edib: “MNTK ancaq kimisə cəzalandırmaq, kiməsə töhmət vermək və partiyadan qovmaq kimi işlər görür. Biz idarəetmədən narazıyıq. 8 il Səbail rayon təşkilatının sədri olmuşam, indi orada seçki keçirməkdən imtina edirlər. Həmin təşkilatda baş verən hadisələr haqda 15 gün sonra KİV-ə məlumat verəcəyəm. Arif Hacılını qəbul etmirəm və etməyəcəyəm də. Ancaq partiyada qalmışam və burada fəaliyyət göstərirəm. Müsavatçılar üçün normal şərait yaratmaq lazımdır. Yoxsa “qapı açıqdır, get” nə deməkdir? Bura müəssisədir, yoxsa idarədir? Vurğun Əyyubu, Qubad İbadoğlunu, Ellada Məmmədlini dolayı yolla hakimiyyətə bağlamaq ədalətsizlikdir. “Kim mənim fikrimi demir, deməli, kənardan tapşırıq alıb, hakimiyyətlə bağlıdır” demək mümkün deyil. Hakimiyyətə işlədiyimizə eyham vurulursa, o zaman İsa Qəmbər indiyədək hara baxırmış? Necə ola bilər ki, Müsavatın 50 faizi hökumətə işləyir? Partiyanın strukturlarının niyə xəbəri yox imiş? Məni hakimiyyətdən tapşırıq almaqda ittiham edirlər, onda necə 8 il Səbail rayon təşkilatına sədr olmuşam, İsa Qəmbər məni niyə müşavir qoymuşdu? Nüşabə Sadıqlı bunu nəyə əsaslanıb deyir? Fakt ortaya qoysun. Onda mən də deyim ki, Nüşabə xanım Cənubi Afrikaya işləyir? Belə şey olarmı? 20 ildən çox çiyin-çiyinə çalışmışıq, hər şeyin sərhədi var. Bu, qırmızı xətti keçməkdir”.


H. Məlik Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında təmsil olunacağını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm