“Bakı ilə Tiflisin strateji əlaqələri təhlükədədir” – Saakaşvili azərbaycanlı gənclərə nələri açıqladı?
Bizi izləyin

Nida.az

“Bakı ilə Tiflisin strateji əlaqələri təhlükədədir” – Saakaşvili azərbaycanlı gənclərə nələri açıqladı?

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili azərbaycanlı gənclərin görüş çağırışına müsbət cavab verib.


Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Saakaşvili “Skayp” vasitəsilə Qardabani, Bolnisi, Marneuli, Dmanisi, Rustavi və Tiflisdən olan 150 azərbaycanlı gənclə virtual təmas qurub. Video-konfransda Saakaşvili azərbaycanlı gənclərə Gürcüstanın aktual problemlərindən danışıb, həmçinin, Azərbaycanla münasibətlərə toxunub.


“Qafqazda geosiyasi vəziyyət dəyişib və hazırda Gürcüstanla Azərbaycanın strateji münasibətləri təhlükədədir”, - deyə M. Saakaşvili azərbaycanlı gənclərə bildirib.


Onun fikrincə, Abxaziya dəmiryolunun tikilməsi haqda rəsmi Tiflisin susqunluğu Azərbaycanla olan münasibətləri pozur: “Bu münasibətlərin pozulması isə Gürcüstanın siyasi, iqtisadi və sosial vəziyyətinin pisləşməsi, eləcə də ərazi bütövlüyünə zərbədir”.


Saakaşvili Gürcüstana dönməsi ehtimalından danışıb və gələcəyi təqdirdə hansı addımlar atacağını açıqlayıb: “Gürcüstan getdikcə daha çox zəifləyəcək. Hazırki hakimiyyətin apardığı siyasət bunu əyani şəkildə göstərir. Lakin burda İvanişvili heç nə itirməyəcək. Çünki o milyardlarını cibində saxlayır. Lazım olanda İvanişvili qaçacaq. Mən ölkəyə qayıtsam, bir nəfərdən başqa heç kimi cəzalandırmayacağam. Bu insan prokurorlara çağırışlar edir, onlara tapşırıqlar verir. Bu tezliklə baş verəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm