İtaliyalı ekspert: “Dağlıq Qarabağda Cənubi Tirol modeli tətbiq oluna bilər“
Bizi izləyin

Nida.az

İtaliyalı ekspert: “Dağlıq Qarabağda Cənubi Tirol modeli tətbiq oluna bilər“

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə "Avropada milli azlıqlar: Cənubi Triol modeli və onun Qafqaza uyğunluğu" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransda SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, İtaliyanın Trento Universitetinin hüquq üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin sosial elmlər üzrə professoru Mitya Zagar, İtaliyanın Trento Universitetinin tədqiqatçısı Elizabetta Pulice, bu olkənin Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze çıxış ediblər.

Publika.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Fərhad Məmmədov deyib ki, konfransın əsas məqsədi dünyada fəaliyyət göstərən müxtəlif muxtariyyət modellərini yaxından öyrənmək, bu cür modellərin bəzi elementlərinin Qafqazdakı münaqişələrin həlli prosesində tətbiqini müzakirə etməkdən ibarətdir.

Fərhad Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə aparılan danışıqlarda əsas məsələ Dağlıq Qarabağ bölgəsinin Azərbaycan ərazisində statusunu müəyyən etməkdir:

"Xalq diplomatiyası hər iki münaqişə tərəfinin iştirakı ilə baş verir. SAM dəfələrlə erməni ekspertləri ilə bu istiqamətdə birgə tədbirlər keçirməyə cəhd edib. Bu sahədə təcrübəmiz var. Erməni ekspertləri bir neçə dəfə Azərbaycana gəlib. Bunun gələcəkdə də təkrarlanacağına ümid edirəm.

Statusun müəyyənləşməsi uzun prosesdir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. İlkin mərhələdə işğal olunmuş ərazilər boşaldılmalı və Azərbaycan əhalisi Dağlıq Qarabağ və ətraf ərazilərə köçürülməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək lazımdır".

Fərhad Məmmədov qeyd edib ki, SAM bir neçə ildir dünyada etnik-ərazi münaqişələrinin həlli və münaqişədən sonrakı mərhələdə dinc yanaşı yaşamaq mexanizmlərinin öyrənilməsi üzrə layihələr həyata keçirir:

"2011-ci ilin sonunda SAM nümayəndələri İtaliyanın Cənubi Tirol bölgəsində olublar və bu təcrübəni öyrənməyə başlayıblar. Bu gün keçirdiyimiz konfransla biz italyan həmkarlarımızla bu böyük layihənin ikinci mərhələsini yekunlaşdırırıq. Region üçün status müəyyənləşdirmək çətin prosesdir".

İtaliyanın Trento Universitetinin hüquq fakültəsinin professoru Roberto Tonitati Cənubi Tirol münaqişəsinin yaranması və sülh yolu ilə həllindən danışıb. O qeyd edib ki, zaman faktoru istənilən münaqişə üçün çox önəmli faktordur:

"Cənubi Tirol prosesi xeyli vaxt aparıb, lakin uğurla nəticələnib və uğurlu nümunə ola bilər. Cənubi Tirolda almanlara və italyanlara müxtariyyət verilib və möcvud olan gərginliyin aradan qaldırılmasına nail olunub. Bu modelin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də keçərli ola biləcəyi istisna olunmur".

Sloveniyanın Lyublyana Universitetinin sosial elmlər fakültəsinin professoru Mitya Jagar Avropada milli azlıqların hüquqlarının müdafiəsindən bəhs edərək deyib ki, dünyada mütləq homogen cəmiyyətlər yoxdur:

"İstənilən ölkədə və cəmiyyətdə çox az da olsa milli azlıqlar yaşayır və onların maraqlarını diqqətə almaq lazımdır. Avropada etnik plürallıq o qədər də vacib deyil.

Bu gün demokratiya deyəndə, ədalətlilik, hüquqların müdafiəsi, ayrı-seçkiliyin olmamasından danışırıq. Azlıqların müdafiəsi də demokratiyaya daxildir".

Nərgiz

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm