Nida.az
Avropa Parlamentinə etiraz: “Bu, dəyərlərinizə ziddir”
“Prezident seçkiləri zamanı Avropa Parlamentinin müşahidə
missiyasının üzvləri öz dürüst və həqiqəti əks etdirən fikirlərinə
görə hansısa təzyiqlərə məruz qalması Avropa Parlamentinin
dəyərlərinə ziddir”.
Publika.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Çingiz Qənizadə mediaya açıqlamasında Avropa Parlamentində Azərbaycanda seçkilər zamanı müşahidə aparan deputatların cəzalanmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Avropa Parlamenti üzvlərinin yeni davranış kodeksləri ötən ilin iyulunda qəbul olunub: “Bu kodeksi rəhbər tutaraq, Azərbaycanda Avropa Parlamentinin seçkilər üzrə müşahidə missayısının rəhbəri Pino Arlaçi başda olmaqla, digər 6 üzvünə sanksiyalar tətbiq etmək niyyətindədirlər. Davranış Kodeksinin qəbulu qabaqcadan düşünülmüş, düzgün fikir ifadə edən deputatların bəzən siyasi təsirlər altına salınmasına xidmət edir. Bunu qəbul ediblər ki, gələcəkdə müstəqil düşünən deputatları bu tip kodekslə qorxudaraq, onları öz fikirlərindən yayındırmağa çalışsınlar. Bu da Avropa dəyərlərinə ziddir”.
C. Qənizadə bildirib ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı düzgün rəy verən bir missiyanın rəhbəri başda olmaqla, 6 deputatın fəaliyyətinin Avropa Parlamentində müzakirəyə çıxarılması, Məşvərət Komitəsində hansısa sanksiyaların tətbiq edilməsi istəyi hesab edirəm ki, 7 deputata qarşı deyil, parlamentin bütün deputatlarına qarşı tətbiq edilə biləcək sanksiyadır.
“Çünki heç kəs sığortalanmır ki, hansısa ölkədə düzgün
müşahidələrinə görə cəzalandırılmasın. İnanıram ki, parlamentin
digər deputatları da Məşvərət Komitəsindəki müzakirələrdə həmrəylik
nümayiş etdirərək belə qərarların qəbul olunmasına qarşı
çıxacaq”-deyə millət vəkili qeyd edib.
Asif
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO