Bakı qazı Xəzərdə “yeni müharibəyə” səbəb ola bilər – QƏRB HƏRƏKƏTƏ KEÇİB
Bizi izləyin

Nida.az

Bakı qazı Xəzərdə “yeni müharibəyə” səbəb ola bilər – QƏRB HƏRƏKƏTƏ KEÇİB

“Avropa hələ də “Cənub axını” layihəsinin yoxluğuna inanmır. Lakin mövcud olan layihələrin reallaşdırılmasını sürətləndirmək niyyətindədir. Bu, ilk növbədə “Cənub qaz dəhlizi” layihəsidir”.


Publika.az xəbər verir ki, bunu Avropa Birliyinin energetika nazirlərinin toplantısında Avropa Komissiyası başçısının müavini Maroşem Şefçoviç deyib.


Rusiyanın “Vestik Kafkaz” nəşri avropalı nazirlərin Şefçoviçə Rusiyadan “Cənub axını”ndan imtina haqda sənədləri almaq səlahiyyəti verdiyini yazıb. Çünki avropalı siyasətçilər Vladimir Putinin şahmat gedişi etdiyini düşünür və “Qazprom”un başçısı Aleksey Miller və Aleksandr Nokavanın açıqlamasını qeyri-rəsmi hesab edirlər. Onlar Rusiyadan imtina haqda qərarın formal yazısını tələb edirlər.

Məlumata görə, artıq transsərhəd və transavropa layihələrinin reallaşmasını koordinasiya etmək üçün “yüksək səviyyəli işçi qrupu” yaradılıb. Bununla yanaşı, əsas alternativ hesab olunan “Cənub qaz dəhlizi”nin istismara verilməsi prosesi sürətləndiriləcək.


İclasın nəticələrindən danışan M. Şefçoviç Avropa Birliyinin “Cənub qaz dəhlizi”nə üstünlük verdiyini bildirib: “Xəzər regionunun qaz yanacağının bu qaz kəməri ilə Avropanın enerjisini təmin etməyə çatacağı güman edilir. Gözləntilərə görə, bu kəmərlə qaz Avropaya 2019-cu ildə çatacaq”.


Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov avropalı siyasətçilərin bu mövqelərini yerli əhalinin sakitləşdirilməsinə istiqamətləndiyini deyib. Onun fikrincə, Azərbaycan qazı həcm baxımından Rusiya qazını əvəz edə bilməz: “Bu, Avropada yerli əhaliyə “narahat olmayın, siz Azərbaycan qazını alacaqsınız” deməkdir. Lakin görünür Avropa bu məsələdə israrlıdır. Bu, Azərbaycana iqtisadi sahə ilə yanaşı, siyasi baxımdan da xeyir gətirəcək”.


Enerji üzrə ekspert İlham Şaban da düşünür ki, Azərbaycan qazı Avropanı tam təmin edə bilməyəcək.


“2019-cu ildə ilk mərhələdə Azərbaycan Avropaya 10 milyard kubmetr qaz verə biləcək. Bu isə Avropanın ehtiyaclarını tam təmin etmir”, - deyə o bildirib.


Ekspertlər Avropanın əlavə enerji mənbələri tapmasının vacibliyini qeyd edirlər. Burda əsas mənbə Türkmənistan qazıdır. Hansı ki, Xəzərin dibi ilə Bakıya qədər çəkilə biləcək boru kəmər vasitəsilə “Cənub qaz dəhlizi”nə qoşula bilər. Lakin Rusiyanın buna imkan verəcəyi ehtimalı çox kiçikdir.
Məlumatlara görə, Avropa bu istiqamətlərdə işlərə başlayıb və Aşqabad qazının əldə olunmasına nail olmaq niyyətindədir. Bu isə Rusiya ilə kəskin qarşıdurma deməkdir. Rusiya mediası Xəzər bölgəsində növbəti “qaz müharibəsi”nin olması ehtimalını yüksək dəyərləndirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm