Niyaməddin Orduxanlı: “Bələdiyyə seçkilərində radikal müxalifət iflasa uğradı”
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “Bələdiyyə seçkilərində radikal müxalifət iflasa uğradı”

“BAXCP-nin 297 namizədi qeydə alınıb və hal-hazırda təblığat-təşviqat prosesi gedir. Artıq özümün də namizəd olduğum Abşeron rayon Mehdiabad qəsəbəsində mövcud olan seçki lövhələrinə plakatlarım yapışdırılıb”.

Publika.az-a açıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini, bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, namizəd olduğu Mehdiabad bələdiyyəsində mübarizə normal şəraitdə keçir: “Mehdiabad bələdiyyəsinə 13 yer uğrunda 34 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin arasında partiya mənsubiyyəti olan şəxslərlə yanaşı, bitərəf şəxslər də var. Budəfəki seçkidə qadın namizədlər də var. Bununla yanaşı, daha çox gənclərin namizədliyinin irəli sürülməsi nəzərə çarpır. Bu da çox sevindirici haldır. Bu bələdiyyə seçkilərində dördüncü iştirakımdır. Deyəsən, bu dəfə də yeganə partiya sədrinin müaviniyəm ki, bələdiyyə seçkilərinə qatılmışam. 1999-cu ildə 21 yaşında bələdiyyə üzvü seçilmişəm. 2004-cü il seçkilərindən sonra bələdiyyə rəhbərliyində təmsil olunmuşam. 2009-cu ildən indiyə kimi bələdiyyədə komissiya sədri vəzifəsində çalışıram. Bu sahədə 15 illik təcrübəm var. Əgər mehdiabadlılar yenə etimad göstərsələr, onların inamını bir daha doğruldacam“.

BAXCP sədrinin müavini onu da bildirib ki, bələdiyyə seçkilərində radikal müxalifət tam iflasa uğrayıb: “Radikal müxalifətin sosial dayaqlarının olmaması bir fakt idi. Artıq bu seçkidə bir daha sübut olundu ki, insanlar radikal müxalifətin namizədi olmaqdan imtina edib. Bütün Azərbaycan üzrə 100 nəfər tapıb namizədliyini irəli sürə bilməyiblər. Özlərini müxalifətin “anası” olmaq uğrunda mübarizəyə həsr ediblər. Əli Kərimli ictimaiyyətə acıqlasın - onun partiyasından neçə nəfər namizədliyini irəli sürüb?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm