Hafiz Hacıyev: “Qapı-qapı düşüb onları biabır edəcəyik“ -
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev: “Qapı-qapı düşüb onları biabır edəcəyik“ -

Publika.Az-ın məlumatına görə, bu sözləri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Partiya sədri bildirib ki, səbəb İctimai Palata, orada təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının müxalifətin birliyini istəməməsidir.

AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, sabiq millət vəkili Pənah Hüseynlə danışıqlar apardığını deyən Hafiz Hacıyev qeyd edib ki, MMP müəyyən qruplar yaradacaq: "Yaratdığımız qruplar qapı-qapı düşərək bu insanların kim olduğunu anladacaq".

Fransa erməni diasporunun rəhbəri Tiqran Avanesyanın "Avroviziya" müsabiqəsi zamanı Azərbaycana nümayəndə göndərdiyini deyən MMP sədri onların Müsavat və AXCP əli ilə təxribatlar törətmək istədiyini söyləyib.

O, Böyük Britaniya erməni diasporunun sözügedən iki partiyanın maliyyələşməsində mühüm rol oynadığını vurğulayıb.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm