Nida.az
“Putin hakimiyyətdə iki il qala biləcək“
Keçmiş dövlət müşaviri Vəfa Quluzadə Publika.Az-a deyib ki, Rusiya prezidenti Vladimir Putinin təşkil etdiyi görüş olduqca sönük keçib:
"Çünki görüş iştirakçıları başa düşürlər ki, Putinin vəziyyəti olduqca gərgindir. Moskvadakı bütün politoloqlar payızda Rusiyada böyük hadisələrin, kütləvi etiraz aksiyalarının başlayacağını proqnozlaşdırırlar. Putinin hakimiyyəti də iki ildən çox çəkə bilməyəcək.
Bu şəraitdə nə "EvrAzes", nə Azad Ticarət Zonası, bunlar hamısı boş-boş söhbətlərdir. Rusiya çökməkdə olan dövlətdir, onun layihələri reallaşmayacaq".
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə bu görüşlərlə Rusiyanın daha çox öz təsir dairəsini genişləndirməyə çalışdığını düşünür:
"Bu məqsədi həyata keçirərkən daha cəlbedici amil kimi vahid ticarət məkanı, vahid iqtisadi məkan imkanlarını ortaya atır. Amma məsələ ondadır ki, Rusiyanın bütün portnyorları ilə münasibətlərində bərabərtərəflilik nəzərə çarpmır. Rusiya kiçik tərəfdaş ölkələrlə münasibətlərində təzyiq amilindən istifadə edir.
Digər tərəfdən MDB məkanındakı ölkələrin bir çoxu Qərblə iqtisadi cəhətdən bağlıdır. Məsələn, Azərbaycan, Gürcüstan, Qazaxıstan iqtisadi cəhətdən Qərblə sıx əlaqədədir. Ona görə də, məsələn, Azərbaycan Rusiyanın təşəbbüsü ilə yaradılan bu cür ticarət zonasına, iqtisadi məkana ehtiyacı duyması sual altındadır. Hətta bu cür təşkilatlar yaransa belə, onların ciddi, işlək quruma çevriləcəyi inandırıcı görünmür".
Səxavət
Publika.Az
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq