Nida.az
YAP-dan İctimai Palata açıqlaması
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Arif Rəhimzadə İctimai Palata funksionerlərinin "Avroviziya" yarışmasına qədər siyasi məhbusların azad edilməyəcəyi təqdirdə sürprizlərin olacağına dair açıqlamalarına münasibət bildirib.
Publika.Az-a danışan YAP təmsilçisi hesab edir ki, müxalifət bu dəfə də aranı qatmaq niyyətindədir: "Əvvəlcə müəyyən etsinlər ki, siyasi məhbus dedikdə kimi nəzərdə tuturlar... Azərbaycan qanunlarla idarə olunan ölkədir. Kimsə qanunları pozursa, dövlətçiliyin əleyhinə fəaliyyət göstərirsə, onun həbsi labüddür. Belə adamlara siyasi məhbus adının verilməsi müəyyən maraqlara xidmət edir.
Əlbəttə, müxalifət partiyalarının indiyə qədər çoxlu belə açıqlamalarına rast gəlmişik. Onların sürpriz vədlərini çox görmüşük. Hər dəfə əhəmiyyətsiz danışdıqları, aranı qatmaq niyyətləri ortaya çıxıb.
İctimai Palataya daxil olan partiya funksionerlərinin söylədiyi fikirlər bir daha göstərir ki, onlar bu dəfə də təxribatçı fəaliyyətini işə salıblar. Amma kimin nə deməsindən və hansı düşüncədə olmasından asılı olmayaraq, "Avroviziya" musiqi yarışması yüksək səviyyədə keçiriləcək və Azərbaycanın qarşısında yeni imkanlar açacaq.
Mədəni müsabiqəni siyasiləşdirmək istəyənlərin, bu yolla xal qazanmağa çalışanların niyyəti bu dəfə də baş tutmayacaq".
Azər Niftiyev
Publika.Az
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO