Türkiyə və Azərbaycan dövlət universitetləri arasında razılıq əldə olunub – FOTOLAR
Bizi izləyin

Nida.az

Türkiyə və Azərbaycan dövlət universitetləri arasında razılıq əldə olunub – FOTOLAR

Bakıda səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin rektoru, professor Naci Gündoğan bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Publika.az-ın məlumatına görə, ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşdə iki universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da artırılması, ADİU əməkdaşlarının Anadolu Universitetində elmi təcrübə keçməsi və araşdırmaların aparılması, eyni zamanda dərs proqramları, birgə distant təhsil və ortaq dərslik proqramlarının hazırlanması barədə qərara gəlinib.

Xatırladaq ki, 1958-ci ildə təsis edilən Anadolu Dövlət Universiteti 17 fakültə üzrə kadrlar hazırlayır. İki milyon tələbəsi olan ali təhsil ocağı Türkiyənin ən böyük distant təhsil fakültəsinə malikdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm