Nida.az
Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində çıxış edib
Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammiti martın 27-də öz işini davam etdirib. APA-nın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.
Sammitin ikinci günü nüvə təhlükəsizliyi sahəsində milli
tədbirlərin təhlilinə və fiziki nüvə təhlükəsizliyinin
möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa həsr olunub. Zirvə
görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması
üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində
yeni səylər haqqında fikir mübadiləsi aparıblar.
Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən
irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud
olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün
istiqamətdə irəlilədiyini bildiriblər.
Sammitin birinci plenar iclasında çıxış edən Azərbaycan prezidenti
İ. Əliyev nüvə təhlükəsizliyinin bu gün dünya üçün, o cümlədən
Azərbaycan üçün mühüm məsələ olduğunu deyib. Dövlət başçısı
Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən
qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırıb. Prezident bildirib
ki, Azərbaycan bu qərarları yerinə yetirir, beynəlxalq birliyin bu
istiqamətdə səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Dövlət başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq
bildirib ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik
Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik
zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik
Stansiyasını təhlükə mənbəyinə çevirib.
Prezident sammitin müasir dünyada nüvə təhlükəsizliyinə dair
çağırışlarla bağlı müzakirələrin aparılması baxımından səmərəli
nəticələr verəcəyinə əminliyini vurğulayıb.
Zirvə görüşündə nüvə terrorizmi təhlükəsinin qarşısının alınması
üçün daha ciddi tədbirlərin görülməsi və yeni öhdəliklərin
götürülməsi niyyəti ilə 50-dən çox ölkənin dövlət və hökumət
rəhbərinin Seulda danışıqlar masası arxasında bir araya gəlməsinin
bu sahədə yeni, daha real addımların atılacağına ümidlər yaratdığı
və bunun nəticəsi kimi dünya əhalisinin özünü nüvə terrorizmindən
təhlükəsiz hiss edəcəyi vurğulanıb.
Toplantıda atom energetikası obyektlərində terror təhlükəsinin
qarşısının alınması, yüksək zənginləşdirilmiş uran və plutonium
kimi xammalın istifadəsini minimuma endirməklə bağlı məsələlər də
müzakirə olunub. Diqqət yetirilən əsas məsələlərdən biri də nüvə
enerjisindən və radioaktiv materiallardan məkrli məqsədlərlə
istifadənin qarşısının əvvəlcədən alınması olub.
İclasın yekununda liderlər birgə foto çəkdiriblər. Sonra dövlət və
hökumət başçılarının şərəfinə işçi nahar verilib. Azərbaycan
prezidenti İlham Əliyev naharda iştirak edib.
Günün ikinci yarısında sammitin ikinci qapalı plenar iclası
keçirilib. Sammitdə yekun kommunike qəbul olunub və növbəti nüvə
təhlükəsizliyi sammitinin 2014-cü ildə Niderlandda keçirilməsi
qərara alınıb.
Publika.Az
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO