Elmira Süleymanova: “Şikayət daxil olmayıb”
Bizi izləyin

Nida.az

Elmira Süleymanova: “Şikayət daxil olmayıb”

“Ofisimizin 41 əməkdaşı 50 dairə üzrə müşahidələr aparır. İndiyə qədər bizə heç bir şikayət daxil olmayıb”.

Publika.az xəbər verir ki, bu barədə Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlaqmasında deyib.


Ombudsman şikayətlərin olacağını da istisna etməyib: “Adətən, seçkidən sonra bizə müraciətlər olur, müəyyən qanun pozuntuları haqda şikayətlər daxil olur. Biz buna müvafiq qaydada baxırıq və MSK-ya ünvanlayırıq. İndiyə qədər heç bir şikayət cavabsız qalmayıb. Hesab edirik ki, seçki prosesi daha azad və şəffaf formada təşkil olunmalıdır. Hər hansı şəxsin bu prosesə müdaxiləsi yolverilməzdir”.


E. Süleymanova cəzaçəkmə müəssisələrində məhbusların səsverməsi haqda da danışıb.


“Bizim əməkdaşlarımız Qobustan cəzaçəkmə müəssisələrində səsvermə prosesini izləyib. Məhkumlardan da hər hansı bir narazılıq, şikayət daxil olmayıb. Eyni zamanda, hərbi hissələrdə də müşahidələr aparmışıq. Orda da hər şey normal məcrada davam edir”, - deyə ombudsman bildirib.


E. Süleymanova bələdiyyələrin fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, müəyyən islahatlardan daha aktiv və səmərəli işləyən bələdiyyə institutu formalaşmaqdadır: “Bəzən dövlətin bələdiyyələrə maliyyə yardımı ayırması haqda təkliflər səsləndirilir. Özünüidarəetmə institutunda belə bir şey olmur. Əgər bələdiyyənin işi düzgün qurularsa, icmalar daha tələbkar olarsa, o zaman hər şey öz həllini tapar. Hər bir icma bələdiyyədən hesabat tələb etmək haqqına sahibdir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm