Nida.az
Nazirlik itkilər barədə məlumatları yalanladı
Ermənilərin Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi barədə yaydığı məlumatların yalan olduğu müəyyən edilib.
Bunu Trend-ə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi və itkilər verməsi barədə yaydığı məlumatlar dezinformasiya xarakteri daşıyır: “Erməni tərəfi bu tip informasiyaları dövriyyəyə buraxmaqla informasiya təxribatı həyata keçirirlər.
Ermənilər Azərbaycan Ordusunun cəbhədə diversiya cəhdi barədə informasiyaları yaymaqla ehtimal olunan təxribatlarına zəmin yaradırlar. Əsas odur ki, Azərbaycan Ordusunun cəbhədə itkiləri yoxdur, vəziyyət nəzarət altındadır. Bu birinci dəfə deyil ki, erməni tərəfi bu cür məlumatlar yayır. Bu hal dəfələrlə olub. Bu dəfə də müəyyən olunub ki, məlumatlar yalan və həqiqətə qətiyyən uyğun deyil. Adətən, belə dezinformasiyalardan sonra onların özlərində itkilərin olduğu üzə çıxır”.
Qeyd edək ki, Ermənistan KİV-lərində dekabrın 25-i saat 01:30-da Azərbaycan Ordusu tərəfindən guya cəbhədə diversiya cəhdinin olduğu və Ermənistan silahlı birləşmələrinin əks tədbirləri nəticəsində Azərbaycan tərəfinin itki verərək geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayılıb.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO