Nida.az
Elçibəyin qardaşı : “Xədicə özü haqqında danışsın”
“Mən ömrümdə heç kimə işləməmişəm. Yalnız Allaha işləmişəm. Bu cür
böhtanları, yalanları yazanlar gedib başlarını daşın altına
qoysunlar”.Bu barədə mərhum prezident Əbülfəz Elçibəyin qardaşı
Almurad Əliyev Publika.Az –a açıqlamasında Elçibəy ailəsinin
hökumətlə əlaqələrini, vasitəçiliyini onun etməsi haqqında yayılan
informasiyalara münasibət bildirərkən deyib.
A. Əliyev qeyd edib ki, bu günə qədər heç kimə işləmədiyi kimi,
bundan sorna da heç kimə işləməyəcək. O bunu yazanları, deyənləri
ittiham edərək bildirib ki, kim deyirsə, özü haqqında danışsa yaxşı
olar.
“Elçibəyin ailəsinə dövlət tərəfindən qanunla verilən yarımdan
da xəbərim yoxdur. Mənim buna aidiyyəti yoxdur, qarışmıram da. Bu
məsələlərlə bağlı ailəsi bilər. Mənə deyəndə ki yardım edək, mən
dedim ki, yaxşı olar. Özləri bilər, nə yazırlarsa yazsınlar, amma
belə şey yazmaqdansa başlarını daşın altında qoysalar yaxşı
olar”-deyə eks-prezidentin qardaşı bildirib.
Qeyd edək ki, jurnalist Xədicə İsmayıl tərəfindən ABŞ Senatının
Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni və
Daniel Vajdiçinə verildiyi deyilən siyahıda bildirilir ki, Əbülfəz
Elçibəyin ailəsi ilə hökumətin əlaqələrini A. Əliyev baxır və bütün
vasitəçiliyi o edir.
Asif
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi