Sabiq təhlükəsizlik zabiti: “Ermənilər təxribatlarını davam etdirəcək”
Bizi izləyin

Nida.az

Sabiq təhlükəsizlik zabiti: “Ermənilər təxribatlarını davam etdirəcək”

“Ermənilər təxribat əməllərinə bundan sonra da davam edəcəklər”.


Bunu Publika.az-a açıqlamasında sabiq təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev dekabrın 26-da erməni kəşfiyyat-təxribat qrupunun Azərbaycanın mövqelərinə hücum etməsini şərh edərkən deyib.


Onun sözlərinə görə, bu cür davranışlar Ermənistan hakimiyyəti üçün “müharibə biznesidir”: “Hərbi qüvvələr öz havadarları qarşısında hesabat verməlidirlər və “müharibə biznesi”ndən yararlanmalıdırlar. Əks təqdirdə, vəzifələrində qala bilməzlər”.


A. Nağıyev Ermənistanın təxribatı taktika olaraq seçdiyini vurğulayıb: “Eyni zamanda, hər bir canlı qüvvə itkisi, döyüş sursatı, atılan hər bir güllə üçün belə hesabat verilməlidir. Məlumdur ki, hər iki tərəfdən itki olanda dərhal bu haqda media və sosial şəbəkələrdə məlumatlar gedir. Ermənilərin taktikasında da “özünüsığortalama” prinsipindən istifadə edilir. Yəni guya onlar hücum etmir, qorunurlar, məhz onda da itki verirlər. Sadəcə olaraq, sübuta ehtiyacı olmayan bir qayda qayda var: hücum edən tərəf daha çox itki verir”.


Sabiq təhlükəsizlik zabiti Ermənistanın informasiya təxribatına da toxunub. Onun sözlərinə görə, istər daxildə, istər xaricdə hər bir təxribat xarakterli informasiyaya vaxtında adekvat olaraq cavab verilməlidir.


“Bu cavablar tək dövlət səviyyəsində deyil, ictimai qurumlar, diaspor və digər təşkilatlar səviyyəsində də ola bilər. Çünki qeyd etdiyim kimi, bu informasiyalar vasitəsilə sanki ermənilər öz əməllərinə bir “don geydirir”, öz havadarlarında imdad diləyirlər. Burada başqa bir məqsəd yoxdur”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm