Nida.az
“İkimizi də aldatdı” - Rəsul Quliyev iki qardaşı necə düşmən edib?
Sərdar Cəlaloğlu qardaşı, hüquqşünas Qurban Məmmədov əfv
sərəncamı ilə həbsdən çıxandan sonra onunla görüşməyib.
İctimaiyyətin kifayət qədər tanıdığı bu iki qardaşın arasındakı
münasibətlərin normal olmaması zaman-zaman diqqət
çəkib.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu
Publika.az-a açıqlamasında qardaşı ilə
münasibətlərinin olmamasına baxmayaraq, daima onunla və ailəsi ilə
maraqlandığını bildirib: “Həbsdən çıxandan sonra mən getməmişəm.
Lakin mənim ailəm, övladlarım onlara baş çəkib. Səhhətində problem
yoxdur, hər şey qaydasındadır”.
ADP sədri qardaşı ilə münasibətlərini soyuqluğunun səbəbləri
haqda çox danışmaq istəməyib. Lakin qısa olaraq bunun siyasi
mövqeləri ilə bağlı olduğunu deyib.
“Bizim siyasi baxışlarımız üst-üstə düşmür. Bu baxımdan, şəxsi
münasibətlərimizdə də müəyyən soyuqluq yaranıb”, - deyə o
bildirib.
Lakin siyasi baxışlara görə iki qardaşın illərdir bir-biri ilə
danışmaması əsas səbəb ola bilməz.
S. Cəlaloğlu daha bir detalı açıqlamağa razı olub. Onun
sözlərinə görə, qardaşı Qurban Məmmədovla münasibətlərinin
soyumasının ilk təməlini Rəsul Quliyev qoyub.
“Vaxtilə “Hürriyyət” qəzeti ölkənin bir nömrəli qəzeti idi. 35
min tirajla çıxırdı. Bu da kifayət qədər gəlir gətirirdi. Onda
Rəsul Quliyev məndən kitabının qəzetdə çap olunmasını istədi. Mən
ona kitabını çap edəcəyimiz təqdirdə hökumətin narazılığı ilə
üzləşəcəyimizi, beləliklə, qəzetimizi itirə biləcəyimiz dedim. Onda
qəzetin satışından ayda 10 min dolar gəlir gəlirdi. Amma Rəsul
Quliyev dedi ki, əgər elə olsa, qəzetin bütün vəsaitini,
itirdiklərini özü ödəyəcək. Kitabı çap etdik. 2 aydan sonra qəzetin
tirajı 4-5 minə düşdü. Rəsul Quliyevə zəng edib dedim ki, vəziyyət
belədir, kömək lazımdır. O isə pulunun olmadığını dedi. Onda
“Hürriyyət”in sahibi Qurban Məmmədov idi. Qurbanla mənim aramda
yaranmış ziddiyyətin bir səbəbi bu idi. Qurbanla Rəsulun
düşmənçiliyi də bu məsələdən sonra yarandı. 100 min dollar ziyana
düşdük. Rəsul Qurbanı da, məni də aldatdı”, - deyə S. Cəlaloğlu
bildirib.
Asif Nərimanlı
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq