Fazil Mustafa antitürk elan edildi
Bizi izləyin

Nida.az

Fazil Mustafa antitürk elan edildi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deputat həmkarı Fazil Mustafanı Azərbaycan xalqını təhqir etməkdə günahlandırıb.

Publika.Az-ın məlumatına görə, buna səbəb isə deputat Fazil Mustafanın yazdığı “Adamyeyənlər” başlıqlı yazısı ilə bağlı olub. Millət Vəkili S.Novruzov deyib: “Bəzi həmkarlarım çaşıb Əkrəm Əylisinin yolu ilə gedirlər. Fazil Mustafa Əkrəmdən heç də geri qalmır. Yəqin ki, onlar bir oturub dururlar. Yəqin bir birlərindən məsləhət alıblar”.

S.Novruzov bildirib ki, Fazil Mustafa öz yazısında Azərbaycanda görülən işlərin üzərinə kölgə salır: “Abadlıq, quruculuq işlərinin üzərinə qara yaxmaq Azərbaycancanlıları Afrikanın adamyeyənləri ilə müqayisə etmək heç bir məntiqə sığmır. Bu ədalətsiz müqayisədir”.

YAP-çı deputat hesab edir ki, həmkarı öz yazısında Azərbaycan idmanı ilə bağlı uyğunsuz fikirlər səsləndirib: “Baxmayaraq ki, idmançılarımız dəfələrlə medallar gətiriblər, Fazil Mustafa Fransa futbol yığmasını tərifləyir. Amma baxsın, orda iki nəfər ağ adam tapsa, mənə nə deyirsə desin. Dünyanın hər yerində legionerlər var”.

S.Novruzov yol kənarlarında salınmış divarlar məsələsi ilə bağlı yazıdakı məqamlara da sərt reaksiya verib: “Yollar çəkilir, əhalinin təhlükəsizliyi naminə yol kənarlarında divarlar çəkilir, yeni binalar tikilir, Burda səni narahat edən nədir? Yolların kənarında çəkilən hasarların əhalinin təhlükəsizliyi və gözəllik üçündür.

Bina sökülür, yerində yenisi tikilir. Bu o demək deyil ki, dövlət vəsaiti dağıdılır. Tənqid edəndə gərək obyektiv edəsən. Səndə afrikalılara o qədər həvəs yaranıb ki, yenidən Afrikaya gedirsən. Mən bilmirəm ki, Afrikada onu nə cəlb edir, nə maraqlanıdırır. Azərbaycan xalqına bu cür yanaşmağın əleyhinəyəm”.

S.Novruzov deputat həmkarını xalqdan üzr istəməyə çağırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm