Düşmənlər görüşdü – Arif Hacılı ilə Əli Kərimli bir arada
Bizi izləyin

Nida.az

Düşmənlər görüşdü – Arif Hacılı ilə Əli Kərimli bir arada

Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədri Əli Kərimli ilə görüşüb.


Publika.az-a açıqlamasında A. Hacılı görüşün iki saata qədər davam etdiyini bildirib. Onun sözlərinə görə, görüşdə əsas məqsəd Müsavat və AXCP-nin birgə əməkdaşlığı olub: “Mən birgə əməkdaşlıqla bağlı öz fikirlərimi ortaya qoydum. Bununla bağlı Müsavat Partiyasının mövqeyini və xüsusilə seçki ilində müxalifətin birgə işləməsi haqda fikirlərimi AXCP sədrinin diqqətinə çatdırdım. Qarşı tərəf bu məsələləri öz partiyasında müzakirə edəcəyini bildirdi”.


Qeyd edək ki, A. Hacılı başqan seçiləndən sonra AXCP ilə birgə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bununla bağlı təkliflər Əli Kərimlinin partiyasına çatdırılıb. Lakin qarşı tərəf indiyə qədər bu təkliflərə müsbət münasibət bildirməyib. AXCP-nin mövqeyi Milli Şurada birgə əməkdaşlıqdır.

Müsavat Partiyası Milli Şuradan çıxandan sonra AXCP ilə münasibətləri pozulub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm