Nida.az
Konsulumuzun Türkiyə mətbuatında 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc olunub
Türkiyənin çoxtirajlı “Yeni çağ” qəzeti Azərbaycanın
İstanbuldakı baş konsulu Həsən Zeynalovun 20 Yanvar faciəsindən
bəhs edən “Qanla yazılan şanlı tarix” sərlövhəli məqaləsini dərc
edib.
“Yüzlərlə insan qətlə yetirildi”, “Qorbaçov və ətrafı”, “Bir milyon
qaçqın” və “Bir millət, iki dövlət” yarımbaşlıqları ilə təqdim
olunan məqalədə 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə
türkdilli oxuculara geniş məlumat verilir. Qanlı Yanvar faciəsinin
təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiaları
ilə birbaşa bağlı olduğunu əsaslandıran müəllif yazır ki, Mixail
Qorbaçov başda olmaqla keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı
düşmənçilik siyasəti xalqımızın kəskin etirazına səbəb olub.
Təsadüfi deyildir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev
tutduğu bütün vəzifələrdən uzaqlaşdırılandan az sonra ermənilərin
ölkəmizə qarşı ərazi iddiası Azərbaycandakı ictimai-siyasi
sabitliyi pozub.
Azərbaycan ərazilərinin iyirmi faizinin təcavüzkar Ermənistan
tərəfindən işğalda saxlanılmasını, bir milyondan artıq
azərbaycanlının öz dədə-baba torpaqlarından çıxarılaraq qaçqın və
məcburi köçkünə çevrilməsini diqqətə çatdıran diplomat yazır ki,
bütün bunlar Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün
həyata keçirilmiş düşmənçilik siyasətinin nəticələridir. Vurğulanır
ki, faciənin baş verdiyi o ağır günlərdə Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələn Heydər Əliyev 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın digər ərazilərində
baş verən hərbi cinayəti törədənləri kəskin ittiham edərək qanlı
faciənin dünya ictimaiyyətindən gizlədilməsinə imkan vermədi.
Sonrakı illərdə isə Ümummilli Liderimiz qətiyyəti sayəsində
hadisəyə siyasi və hüquqi qiymət verildi. Ulu öndər Heydər Əliyev
böyük müdrikliklə xalqımızın müstəqil dövlət qurmaq arzularını
gerçəkləşdirdi. 20 Yanvar faciəsi qanla yazılan şanlı tarixə
çevrildi.
Məqalənin sonunda Azərbaycan ilə Türkiyə arasındakı
münasibətlərinin tarixi əhəmiyyəti ilə bağlı fikir və
mülahizələrini bölüşən müəllif qeyd edir ki, 20 Yanvar faciəsini
böyük kədərlə qarşılayan qardaş Türkiyə xalqı həmişə Azərbaycanla
həmrəy olub. Əminliklə vurğulanır ki, tarixin bütün dövrlərində
sevinc və kədərləri bir olan xalqlarımız bundan sonra da
bir-birilərinin maraq və mənafelərini əzmlə müdafiə edəcəklər.
Məqaləni aşağıdakı linkdə oxumaq mümkündür:
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər