GAP-ın qurultayının vaxtı müəyyən olundu
Bizi izləyin

Nida.az

GAP-ın qurultayının vaxtı müəyyən olundu

Bu gün Gələcək Azərbaycan Partiyası Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Partiyadan Publika.Az –a verilən məlumata görə, toplantı zamanı rayon təşkilat komitələrinin qurultaya hazırlıq məqsədi ilə keçirilən konfransların protokolları və qurultay nümayəndələri qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi tərəfindən təsdiq edilib.

Toplantıda həmçinin qurultaya lazımı səviyyədə hazırlaşmaq məqsədi ilə qurultayın keçirilmə tarixində dəyişiklik edilib. Toplantının sonunda qurultaya hazırlıq məqsədi ilə Təşkilat Komitəsinin üzvləri arasında iş bölgüsü aparılıb.

Gələcək Azərbaycan Partiyası (GAP) təsis qurultayını 23 fevral 2014-cü il tarixində saat 15.00-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərərgahında keçirməyə qərarlaşdırılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm