Nida.az
Azərbaycan Slovakiya bazarı ilə maraqlanır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, M.Layçak iki dost ölkə arasında münasibətlərin intensiv və praqmatik xətt üzrə inkişaf etdiyini qeyd edərək, iqtisadiyyat, enerji, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.
E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə, xüsusilə, investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərin imzalanmasına ehtiyac var.
Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən E.Məmmədyarov bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.
M.Layçak E.Məmmədyarovu bu ilin may ayında Bratislavada keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında iştirak etməyə dəvət edib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi