• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

YAP-ın rayon təşkilatının 21-ci ildönümü qeyd olunacaq

  • Nida.az
  • 15 Fevral 2014 13:55
  • 1 351 Baxış
YAP-ın rayon təşkilatının 21-ci ildönümü qeyd olunacaq

Fevralın 21-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 21-ci ildönümü ilə bağlı təşkilatın ofisində tədbir keçiriləcək. Bu barədə Publika.Az-a YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralov məlumat verib.

Onun sözlərinə görə, YAP Səbail rayon təşkilatı hakim partiyanın ilk yaranan rayon təşkilatlarından biridir. Z.Qaralov deyib: “Biz 21 il əvvəl bu təşkilatı cəmi 150 nəfər könüllü ilə yaratdıq. Hazırda isə təşkilatımızın 24 min nəfər üzvü var. Ümumiyyətlə isə rayonda partiyayaya üzv qəbul olunanların 35 minə yaxın olub. Bunlar ali məktəbi bitirdikdən sonra başqa yerlərə gediblər. Rayonda YAP-a üzv qəbul olunanların ümumi sayı isə 50 minə yaxın olub. Hazırda bunların təxminən yarısı Azərbaycanın və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir və partiya ilə də əlaqə saxlayırlar. Təşkilat ilk yarananda 150 üzv arasında cəmi 18 nəfər 18-35 yaş arası adam var idi. Ancaq indi isə təşkilat üzvlərinin 15 min 400 nəfəri gənclərdir. Bu da 75 faiz deməkdir. 21 il əvvəl təşkilatımız yarananda üzv olan qadınların sayı cəmi 14 nəfər idi. Ancaq isə hazırda isə 13 min nəfər qadın üzvlərimiz var ki, bu da 56 faiz təşkil edir. Hazırda bizim təşkilatımızın üzvü olan 1500-ə qədər alim, akademik var. Ümumiyyətlə, sədrimiz və cənab prezident İlham Əliyev, Mehriban xanım Əliyeva, akademik Cəlal Əliyev daxil olmaqla YAP-ın bütöv rəhbərliyi bizim rayon təşkilatının üzvləridir. Bura mərkəzi rayon olduğu üçün partiyanın üzvləri də keyfiyyət üstünlüyünə malikdir”.

Z.Qaralov qeyd edib ki, tədbirdə YAP sədrinin müavini Əli Əhmədov və partiyanın digər funksionerlərinin də iştirakı nəzərdə tutulub.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR