Arif Hacılı: “Anti-Müsavat kampaniyasının ön cəbhəsində Qubad İbadoğlu dayanır”
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Anti-Müsavat kampaniyasının ön cəbhəsində Qubad İbadoğlu dayanır”

“Bu gün anti-Müsavat kampaniyasının ön cəbhəsində Qubad İbadoğlu və onun ətrafında olan məhdud qrup dayanır”.


Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı müsavatçıların “facebook”dakı qapalı qrupunda bildirib.


Onun sözlərinə görə, Qubad İbadoğlunun qrupu Müsavata rəqib olan siyasi qurumları üstələyib.


“Bu qrup Müsavata qarşı apardığı mübarizədə böhtan və təhqirin həcmi, istifadə etdiyi metodların aqressivliyi baxımından Müsavatı rəqib hesab edən bütün digər siyasi qurumları üstələyib”, - deyə Müsavat başqanı vurğulayıb.


Qeyd edək ki, A. Hacılının bağlı qrupdakı fikirlərini müsavatçılardan biri ADR üzvü Hüseyn Məlikin “facebook” səhifəsində paylaşıb. Bağlı qrupa yalnız icazəsi olan müsavatçılar daxil ola bilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm