Nida.az
Qəmər Almaszadənin 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa qızı Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.
Milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər xanım
Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin
vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən
təkrarolunmaz obrazlar yaratmışdır. Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının səhnəsində bir çox əsərlərə yüksək
məharətlə quruluş vermiş sənətkarın milli kadrların hazırlanması
sahəsində fəaliyyəti də təqdirə layiqdir.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
Azərbaycanda xoreoqrafiya sənətinin inkişafı və təbliğində mühüm
xidmətləri olan SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik
yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Sərəncam
imzalayıb:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi SSRİ
xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO