Nida.az
Azərbaycan Prezidenti Türkiyənin iqtisadiyyat nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihad Zeybekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, nazir Nihad Zeybekçi Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu,
ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, enerji, qarşılıqlı
sərmayə qoyuluşu, infrastruktur, müasir sənaye parklarının
yaradılması, ticarət, kənd təsərrüfatı və digər sahələrdə daha da
genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına
görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə
dövlətinin başçısına çatdırmağı xahiş etdi.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi