Fazil Mustafa: “O qadının qara siyahıya salınmasına çalışacam”
Bizi izləyin

Nida.az

Fazil Mustafa: “O qadının qara siyahıya salınmasına çalışacam”

“Nagahan Alçı məsələsini yenidən qaldıracağam və bu məsələnin üzərinə ən sərt şəkildə gedəcəyəm”.


Publika.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa deyib.


Onun sözlərinə görə, Türkiyədə Ermənistan məsələsi gündəmə gələndə yanaşmalar dəyişir: “Türkiyə demokratik ölkədir və istənilən erməni öz azlıq haqlarını istəyə, təbliğ edə bilər. Hətta Baş nazirin erməni əsilli Türkiyə vətəndaşı olan baş sözçüsü Mahçupyanı da müdafiə edə bilər. Qəribədir, adam guya AKP-ni müdafiə edən siyasət yürüdür. Ayrıca proqram aparır.

Bütün proqramlarda iştirakına yaşıl işıq yandırılıb. Türkiyənin Prezidenti Ermənistan Prezidenti Sarkisyanı Çanaqqalada ildönüm tədbirinə dəvət edir və Sarkisyan da müsahibəsində bunu “ədəbsiz təklif” adlandırır. Yaşar Okuyan adlı bir partiya lideri Türkiyə Prezidentini təhqir edən bu axmaq erməninin cavabını verir, Nagahan Alçı isə buna irqçilik deyir.

Yəni adam guya Türkiyə Prezidentinin mövqeyini dəstəkləyir. Lakin iş Ermənistana gələndə Sarkisyanın tərbiyəsizliyinə haqq qazandırır. Həm də bunu birbaşa AKP-yə ən yaxın kanalda dilə gətirir. Əgər Azərbaycanın Türkiyədəki səfirliyi bu adamın adını siyahıdan çıxarıbsa, ən sərt şəkildə bu məsələnin üzərinə gedəcəyəm və erməni lobbisinin himayə etdiyi bu qadının ən azı Azərbaycan tərəfindən istənilməyən adam kimi tanınmasına çalışacağam”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm