“Bakıda Qarabağa görə Kremli günahkar hesab edirlər” – Rusiyadan etiraf
Bizi izləyin

Nida.az

“Bakıda Qarabağa görə Kremli günahkar hesab edirlər” – Rusiyadan etiraf

“Azərbaycan cəmiyyəti Dağlıq Qarabağın azad olunmamasının səbəbkarı kimi Rusiyanı günahkar görür. Onlar Kremlin Ermənistana hərbi yardımını işğalın davam etməsinə əsas vasitə hesab edirlər”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.


Onun sözlərinə görə, Azərbaycanda Rusiyaya iki yanaşma var: “Bir tərəfdən, Azərbaycan həqiqətən iqtisadi sahədə Rusiya ilə əməkdaşlığı dərinləşdirir. Bu məntiqlidir. Çünki Rusiya bu ölkənin qonşuluğunda yerləşən güclü dövlətdir və Bakı bunu yaxşı anlayır. Azərbaycan Qərb sanksiyaları qarşısında özünü Rusiyanın dostu kimi aparır. Digər tərəfdən, Ukraynadakı vəziyyətlə bağlı Azərbaycanın mövqeyi Rusiya ilə kəsişir. Bakı güc yolu ilə ərazi bütövlüyünün pozulmasına qarşıdır və Kiyevin bu istiqamətdə addımlarını dəstəkləyir. Çünki Azərbaycan Dağlıq Qarabağ problemi ilə üzləşib”.


V. Arkov əlavə edib ki, rəsmi Bakının açıq şəkildə deyə bilmədiklərini azərbaycanlı ekspertlər və KİV dilə gətirir.

“Xüsusilə Kremlin Dağlıq Qarabağla bağlı mövqeyi Azərbaycanda qıcıqla qəbul olunur. KİV-də aydın şəkildə bu qıcığı sezmək mümkündür. Mən azərbaycanlı kolleqalarımla görüşlər zamanı dəfələrlə bunu eşitmişəm. Yəni rəsmi şəkildə deyilməyən sözü ictimai səviyyədə deyirlər. Bu da Moskvanın Ermənistanın işğalçılıq siyasətinə dəstəyidir. Bununla rəsmi Bakı tez-tez Rusiyanın yadına Qarabağı salır”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm