Nida.az
“The Hill”: “Ermənistanın prezidenti hərbi cinayətkardır”
ABŞ-ın “The Hill” nəşrində erməni lobbisinin Azərbaycan haqqında yanlış informasiyalar yayması, qeyri-dəqiq məlumatlarla dünya ictimaiyyətini aldatması haqda məqalə dərc olunub.
Publika.az xəbər verir ki, USAN-nın eksperti Denis
Jaffenin müəllifi olduğu məqalədə erməni yalanları ifşa olunur.
“Əgər erməni lobbisinin bir klişe hekayəsinə inansaq, Azərbaycan
dəhşətli ölkədir. Ermənistan isə igidlər ölkəsi, azadlıq və
demokratiyanın bərqərar olduğu yerdir. Ermənilərin hiporepiyası
(uzağı yaxşı görmə - red) klassik hadisədir. Lakin erməni reallığı
fərqlidir. Ermənistanın vəziyyəti Azərbaycan kimi inkişaf edən
ölkəni tənqid etmək, yaxud onu mənfi obyekt kimi barmaqla göstərmək
üçün əlverişli deyil. Yaxud insan haqlarının vəziyyətinə görə bu
ölkə öyünə bilməz”, - deyə müəllif yazıb.
D. Jaffen Cənubi Qafqazda problemlərin səbəblərini araşdırır və
bunun nə ilə bağlı olduğunu diqqətə çatdırır: “Ermənistan
Azərbaycana hərbi hücum etdi, bütün müharibə Azərbaycan
torpaqlarında baş verdi. Azərbaycan 20 faizə yaxın ərazisini
itirdi, 600 min azərbaycanlı 1992-1994-cü illərdə öz doğma
yurdlarından qovuldu, həmçinin 1987-1990-cı illərdə 200-240 min
azərbaycanlı Ermənistandan deportasiya olundu. Bu, etnik təmizləmə
idi. Bu münaqişədən sonra təxminən 230 min erməni Azərbaycanın
müxtəlif yerlərindən könüllü surətdə getdi. Onları heç kim
qovmamışdı, onlar özləri ölkəni tərk etdi. Getməyənlər bu gün də
Bakıda yaşayır və onlar heç bir təzyiqə məruz qalmırlar. Lakin
Ermənistan bir milyon insanın hüquqlarını pozduğuna baxmayaraq, bu
gün təbliğat aparır”.
Müəllif Ermənistanın Sovet tarixində ən böyük insan haqlarını pozan
ölkə olduğunu deyib. D. Jaffen Xocalını bariz nümunə olaraq
göstərir: “Xocalıda bir gecədə 600-dən çox insan məhv edildi. Bu,
hərbi cinayət idi və bu cinayətin baş verməsində iştirak edən
insanlar bu gün Ermənistanda prezident və müdafiə naziri postunu
tutur. Erməni təbliğatı bu hərbi cinayət faktlarını gizlətməyə
uğursuz cəhdlər etdi, lakin onların bu blefi insan hüquqları
məsələsindən danışarkən meydana çıxır. Bu gün Ermənistan "insan
haqları və demokratiya" deyə bağıraraq danışa bilməz”.
D. Jaffen yazır ki, ermənilərin hərbi təcavüzünün məqsədi 1918-ci
ildə müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycanı
dağıtmadır: “Bu təcavüz ölkənin inkişafına da maneələr yaratdı. Bu
gün Azərbaycan məcbur qalaraq ölkənin müdafiə sahəsinə böyük
vəsaitlər qoyur, yüz minlərlə insana humanitar yardım edir.
Müharibə Azərbaycanın xəstəxanalarını, uşaq bağçalarını, əkin
torpaqlarını, su ehtiyatlarını yararsız hala saldı. Lakin bu gün
Ermənistan ABŞ-dan maliyyə yardımı alır. Bununla yanaşı, Ermənistan
qeyri-qanuni şəkildə Azərbaycanın təbii ehtiyatlarından yararlanır.
İşğal olunmuş Kəlbəcərdə qızıl mədənlərindən tutmuş, qovulan
azərbaycanlıların daşınmaz əmlakı və mülkiyyətinə qədər bir çox
şeyi sataraq qazanc əldə edir. Bu malların əksəriyyəti İrana
satıldı”.
Müəllif Ermənistanda pozulan insan haqları və boğulan ifadə
azadlığına toxunub.
“Hazırkı prezident Serj Sarkisyan 2008-ci ildə mülki etirazçılara
divan tutdu, onların ölümünə fərman verdi. Nəticədə, onlarla mülki
vətəndaş öldürüldü. Bir neçə həftə öncə işğal olunmuş Dağlıq
Qarabağ ərazisinə 30 avtomobillə yürüşə çıxan erməni
müxalifətçiləri xüsusi xidmət əməkdaşları və erməni polisləri
tərəfindən zorakılıqla üzləşdi. Bütün bunlar videokadrlarda öz
əksini tapıb. Bu hadisələr baş verdiyi halda, erməni lobbisinə
bağlı şəxslərin Azərbaycanı insan haqlarına görə ittiham etməsi
sadəcə absurddur”, - deyə o vurğulayır.
Məqalədə Ermənistan hökumətinin təkcə azərbaycanlılar, türklər və
sadə ermənilərin haqlarını deyil, eyni zamanda, yəhudilərin də
haqlarını pozduğu qeyd olunur.
Barouk Ravvin bununla bağlı bir neçə faktı sadalayır.
“Ermənistanda 2 milyondan çox insan anti-semitdir. Bu ölkə hazırda
Şərqi Avropada ən böyük və birinci anti-semitizm məkanıdır. Hətta
onlar İrandan 2 faiz daha artıq anti-semitdirlər. Ermənistanda
mövcud olan anti-semitizmdən çıxış edərək bu gün İran və Suriyanın
bu ölkənin ən yaxın müttəfiqi olması sualına cavab tapmaq
mümkündür”, - deyə israilli bildirib.
D. Jaffen bu həqiqətlərə rəğmən, Ermənistanın Azərbaycanı ittiham
etməsini dustipoya (anti-utopiya – totalitar cəmiyyətlərə xas
xüsusiyyət – red.) adlandırıb.
“Ermənistan hərbi qüvvələrinə məxsus helikopter Azərbaycanın işğal
olunmuş əraziləri üzərində uçarkən vuruldu. Daha sonra Azərbaycan
səmasını pozan Ermənistana məxsus pilotsuz təyyarə vurularaq
salındı. Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Çünki Ermənistanın atdığı hər bir addım qeyri-qanunidir.
Ermənistanın özündə demokratik cəmiyyətin qurulması, eləcə də
Cənubi Qafqazın daha stabil region olması üçün Azərbaycanın işğal
olunmuş əraziləri erməni hərbçilərindən təmizlənməlidir”, - deyə
məqalədə qeyd olunub.
Asif Nərimanlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO