Nida.az
Moskvanı “şaxta vurdu”: azərbaycanlılar yeni məkana üz tutur
Rusiya iqtisadiyyatı Qərbin tətbiq etdiyi sanksiyalardan sonra zəiflədikcə, bu ölkədə yerli əhali ilə birlikdə miqrantlar yeni məkan axtarışına çıxıb. Söhbət Çexiyadan gedir.
Publika.az xəbər verir ki, Çexiyanın “Praqa
ekspress” qəzeti son vaxtlar əcnəbilərin bu ölkədə mənzil sahibi
olmasını araşdırıb. Məsələ Azərbaycan üçün ona görə maraqlıdır ki,
Çexiyada mənzil sahibi olmaq istəyənlər arasında azərbaycanlılar da
çoxluq təşkil edir. Onlar həm Bakıdan olanlar, həm də Rusiyada
miqrant kimi yaşayanlardır.
Nəşr yazır ki, Çexiyada mənzil alan əcnəbilər əsasən MDB
ölkələrindən olanlardır. Ən çox mənzil alışı paytaxt Praqda və
ölkənin şimalında qeydə alınıb. Mənzil bazarında canlanmaya səbəb
olan iki amil var. Birincisi, Rusiya iqtisadiyyatının hazırkı
vəziyyəti, ikincisi, mənzil qiymətlərinin münasib olması.
“Central Group” agentliyinin nümayəndəsi Milan Yankovski hazırda
müştərilərinin 28 faizini əcnəbilər təşkil etdiyini deyib.
“Rusiyadan, Ukraynadan, Qazaxıstan və Azərbaycandan olanlar
üstünlük təşkil edir”, - deyə o bildirib.
Tədqiqatlara görə, əcnəbi alıcılar sıralamaya görə belədir:
slovaklar, ruslar, ukraynalılar, qazaxlar, azərbaycanlılar,
vyetnamlılar, israillilər və amerikalılar.
“Levki” şirkətinin nümayəndəsi Viktor Lexman qeyd edir ki, Rusiya
iqtisadiyyatı çətin anlar yaşadığı bir vaxtda bu ölkədə yaşayan
xaricilərin də çex mənzillərinə marağı artıb: “Əcnəbi alıcılar ən
çox yeni tikililərə maraq göstərir. Onların qiyməti bir
kvadratmetrə 1800-2500 avro arasında dəyişir”.
“Reality Zivota” şirkətinin nümayəndəsi Vadim Fyodorov əcnəbi
alıcıların daha çox metro yaxınlığındakı evlərə üstünlük verdiyini
deyib.
“Alıcılar xüsusi çəkidə varlı insanlar deyil. Onlar orta təbəqənin
nümayəndələridir. Misal üçün, Rusiyada yaşayan azərbaycanlı, yaxud
digər millətin nümayəndəsi əlində olan pula Çexiyada xudmani və
daha ekonomik ev alır. Bu, onun investisiyasıdır. İndiki məqamda
eyni yatırımı Rusiyada etmək onlara sərf etmir”, - deyə o
bildirib.
Qəzet yazır ki, əcnəbilərə Çexiyada mülk sahibi olmaq vizanın sadə
olmasından da irəli gəlir. Onlar ən az altı ay adi viza ilə burda
yaşaya bilərlər.
“Lakin xüsusilə Rusiyadan olan əcnəbilər aldığı mənzili yaşamaq
üçün nəzərdə tutmur. Onlar daha çox evləri kirayə verərək pul
qazanırlar”, - deyə məqalədə bildirilir.
Qəzet ukraynalıların da Çexiyaya üz tutduğunu qeyd edir: “Onlar
daha çox sabitlik axtarırlar”.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu