“Nezavisimaya qazeta”: “Bakı Qərbdə Avropanın xilaskarı kimi qəbul edilir”
Bizi izləyin

Nida.az

“Nezavisimaya qazeta”: “Bakı Qərbdə Avropanın xilaskarı kimi qəbul edilir”

Ukraynada Maydanda ictimai fəallığından sonra Viktoriya Nulandı post-sovet məkanında inqilab müjdəçisi hesab etməyə başladılar. Lakin Dövlət katibi Cənubi Qafqaza səfərində cibində “inqilab kartlarını” gətirməmişdi. Bu, ABŞ-ın regiona olan marağının ifadəsi idi.


Publika.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Viktoriya Nulandın Cənubi Qafqaza səfərini şərh edib.


Nəşr yazır ki, ABŞ Cənubi Qafqaza sönməyən marağı var: “Bəzi hallarda bu maraq artan və enən xətlə müşahidə olunur. Lakin Ukraynadan sonra ABŞ Cənubi Qafqazda Rusiya ilə rəqabəti gücləndirmək qərarına gəlib. Region ölkələrinin siyasi oriyentasiyasının necə olmasından asılı olmayaraq, Vaşinqton onlara dəstək verir. Lakin Vaşinqton post-sovet ölkələrinə təsirini həddindən artıq qiymətləndirir. Halbuki onların bəziləri müstəqil siyasətləri ilə seçilir”.


“Nezavisimaya qazeta” Azərbaycanı buna əsas nümunə kimi göstərir.


“Bakı artıq bir sıra Qərb institutlarının tənqidinə vərdiş edib və bu tənqidlərin həqiqət olmadığını çoxları anlayır. Xüsusilə, bir sıra ictimai fəal və jurnalistin həbsi haqda ittihamlar qondarma olur. Çünki onlar heç də günahsız deyil. Bəzilərinin casusluq etdiyi də məlumdur. Bundan başqa, Qərb sönük müxalifətə dəstək verməklə onları canlandırmaq istəyir. Eyni tipli dəstək bəzən radikal islamçılara da yönəlir. Lakin Bakı bunların hamısını görür və bu günə qədər uğurlu qarşısını ala bilib. Bu baxımdan, Nulandın Azərbaycan rəhbərliyi ilə görüşdə bu məsələlərə toxunacağını düşünənlər səhv edirdi.

Çünki ABŞ üçün bu gün Rusiya, İŞİD və regiondakı maraqlarını müdafiə etmək kimi daha vacib məsələlər var. Digər tərəfdən, Azərbaycan hazırda Qərbdə Avropanın enerji təminatında xilaskar kimi qəbul edilir. Nuland da Bakıda olarkən bu məsələlərə toxundu. Bununla yanaşı, Nuland Azərbaycan üçün vacib olan Dağlıq Qarabağ münaqişəsindən danışdı və ABŞ-ın ərazi bütövlüyü prinsipinə sadiq olduğunu bəyan etdi. Lakin münaqişənin danışıqlar yolu ilə həllində tərəfdar olduqlarını da dilə gətirdi”, - deyə nəşr bildirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm