Zəlimxan Yaqub: “Novruz bayramında əfv ola bilər” – ÖZƏL
Bizi izləyin

Nida.az

Zəlimxan Yaqub: “Novruz bayramında əfv ola bilər” – ÖZƏL

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, xalq şairi Zəlimxan Yaqub Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalayacağını gözlədiklərini bildirib.

Z.Yaqub Publika.az-a açıqlamasında deyib ki, Novruz bayramında əfv ola bilər: “Amma bu daha çox Prezidentdən asılı olan məsələdir. Bunu indidən dəqiq heç kəs deyə bilməz”.

Prezident yanında Əfv Komissiyasının iclaslarında iştirak etdiyini vurğulayan Z.Yaqub qeyd edib ki, növbəti iclasın dəqiq tarixi hələ bəlli deyil: “Bu barədə bizə xəbər verilməyib. Yəqin ki, olan kimi xəbər edəcəklər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm