Nida.az
Qubad İbadoğlunun hərəkatından kütləvi istefa
Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan çıxarılan Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri istefa verib.
Publika.az-a daxil olan bəyanatda istefaya səbəb
kimi ADR-in tutduğu mövqenin milli olmadığı və qərbyönümlü olduğu
əsas gətirilir: “Biz ADR hərəkatına qoşulan millətinə bağlı gənclər
olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasında
təməl prinsiplərdən birinin də xalqımızın milli mənəvi dəyərlərini
təbliğ etmək, həmin dəyərləri xarici və yad elementlərin
basqısından qorumaq və sahib çıxmaq kimi milli-ideoloji hədəflər
olacağına əmin idik.
Lakin gedən proseslər hərəkatın milli-ideoloji baxımdan bizim milli-ictimai baxışlarımız ilə üst-üstə düşmədiyini göstərdi. Biz həm də öz gizli maraqlarını güdən, bu maraqları naminə bütün çirkin oyunlara gedən məlum dünya gücləri ilə yaxınlaşmayan, ancaq millətimizin milli-mənəvi iradəsinə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik. Amma bunun əksinə olaraq ADR hərəkatının açıq qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən biz elan olunmaq mərhələsini yaşayan ADR hərəkatının iştirak, təşkilatlanma və quruculuq prosesindən rəsmən ayrıldığımızı bəyan edirik”.
Bəyanatı ADR hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri
Xəyyam Məmməd, qrupun üzvləri Ceyhun Bəhramov, Vüsal İsayev, Asiman
Əlili, Əfqan Əhmədov imzalayıb.
Qeyd edək ki, fevralın 21-də ADR-in təsis konfransı
keçiriləcək.
Asif Nərimanlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi