Nida.az
Elmar Məmmədyarov Gürcüstanda azərbaycanlılarla görüşdü
Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda soydaşlarımızla görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, SOCAR-ın
Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfir Azər
Hüseyn, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı
deputatlar, Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili,
Gürcüstan baş nazirinin müşaviri Savalan Mirzəyev və digər rəsmi
şəxslər iştirak edib.
E. Məmmədyarov Azərbaycan dövlətinin, xüsusilə prezident İlham
Əliyevin xarici ölkələrdə yaşayan soydaşlarımıza, eləcə də
Gürcüstandakı azərbaycanlılara daim diqqət və qayğı göstərdiyini
bildirib. Qeyd edib ki, Azərbaycanın dövlət və hökumət rəsmilərinin
tez-tez Gürcüstana səfər etmələri, belə görüşlərin təşkili bunun
əyani sübutudur. Nazir Azərbaycanın təşəbbüsü ilə regionda həyata
keçirilən və Gürcüstanın da iştirak etdiyi Bakı-Tiflis-Ceyhan neft,
Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu,
TAP, TANAP və digər layihələrin əhəmiyyətindən danışıb. Qeyd edib
ki, bu layihələr Azərbaycanda və Gürcüstanda yaşayan xalqların
sosial-iqtisadi, mədəni inkişafına təkan verəcək.
Görüşdə iştirak edən soydaşlarımız Azərbaycan dilində mükəmməl bilən kadrların hazırlanmasından, təhsil müəssisələrinin Azərbaycan dilində dərsliklərlə təmin olunmasından, səhiyyə, kənd təsərrüfatı və s. sahələrdə mövcud olan problemlərdən danışıblar.
Mahir Məmmədov məlumat verib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi
fəaliyyətə başladığı 2006-cı ildən bu günədək azərbaycanlıların
işsizlik, təhsil və digər problemlərini daim diqqət mərkəzində
saxlayıb. Bu gün SOCAR-ın Gürcüstan nümayəndəliyinin
müəssisələrində çalışanların 700-dən çoxu azərbaycanlılardır və
onların da 218 nəfəri mühəndis və texniki işçilərdilər. SOCAR-ın
maliyyə dəstəyi hesabına Gürcüstanın nüfuzlu ali təhsil ocaqlarında
1650 tələbə təhsil alır.
Nümayəndəlik soydaşlarımızla bağlı yeni layihələr üzərində çalışır.
Bildirilib ki, bu ölkədə yaşayan soydaşlarımızın kənd təsərrüfatı
sahəsindəki problemlərinin həllinə kömək məqsədilə regionda böyük
soyuducu anbar tikilir. Sonra komitə sədri Ramiz Həsənov, səfir
Azər Hüseyn soydaşlarımızın qaldırdıqları məsələlərə aydınlıq
gətiriblər.
E. Məmmədyarov bu məsələlərin bir daha nəzərdən keçiriləcəyini və
öz həllini tapacağını bildirib. Marneulidə yaşayan azərbaycanlılar
prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını yüksək
qiymətləndirib, bu cür səfərlərin və görüşlərin əhəmiyyətini qeyd
ediblər.
Asif
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı