"125-lər" ad gününü qeyd etdi - FOTO
Bizi izləyin

Nida.az

"125-lər" ad gününü qeyd etdi - FOTO

Fevralın 20-də “125-lər” siyasi klubu 1 yaşını qeyd edib.

Publika.az xəbər verir ki, bu gün bu münasibətlə keçirilən tədbirdə klubun sədri İlhamiyyə Rzayeva qurumun yaranma təşəbbüsündən söz açıb. O bildirib ki, klubun hədəfi hüquqi dövlət quruculuğunda iştirak etmək, müstəqil, azad, demokratik, iqtisadi baxımdan varlı, geosiyasi baxımdan nüfuzlu bir ölkəyə sahib olmaq üçün töhfə verməkdir: "Bu məqsədlə ölkənin ali qanunverici orqanında təmsil olunmaq üçün təşkilatlandıq. Keçən il fevralın 14 də “Sevgililər günündə” xalqımıza, vətənimizə sevgilərlə bu klubu təsis etdik. Təşəbbüs isə Ümid Partiyasının sədri İqbal Ağazadədən gəldi".

Ümid Partiyasının sədri İqbal Ağazadə "125-lər"in Azərbaycanda yeni güc mərkəzi olduğunu xatırlatdı və qeyd etdi ki, klubda cəmiyyətdə özünü təsdiq etmiş kifayət qədər nüfuzlu şəxslər toplaşıb. Partiya sədri gələcək fəaliyyətlərində onlara uğur arzulayıb. Yazar Aysel Əlizadə "125"lərin gələcək hədəflərinə, məsələlərə fərqli yanaşma təzinə diqqət çəkib: "Bizim quruculuğumuz dağıtmaq enerjisinə əsaslanmayacaq. Biz yeni bir şey qurmaq üçün olanları dağıtmayacağıq, yaradıcılığa güc verəcəyik".

Tədbirdə "125"lərin üzvlərindən başqa, müxtəlif siyasət adamları, ictimai xadimlər və KİV təmsilçiləri iştirak ediblər. Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm