AB fəaliyyətə başlayır: Bakı və Aşqabadla enerji memorandumu imzalanacaq
Bizi izləyin

Nida.az

AB fəaliyyətə başlayır: Bakı və Aşqabadla enerji memorandumu imzalanacaq

“Avropa Birliyi 2015-ci ildə Bakı və Aşqabadla qarşılıqlı memorandum imzalamaq niyyətindədir. Bu, Avropanın qazla təchizatında sabitliyin artması üzrə paketin bir hissəsidir”.


Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Spigel Online” nəşri yazıb.


Nəşr qeyd edib ki, Avropaya qaz çatdırmalarında şaxələndirmə problemini həll etmək üçün Avropa Komissiyası Azərbaycan və Türkmənistanla razılaşmaları gücləndirməyə hazırdır.


“Avropa Birliyinin energetika məsələləri haqda qəbul olunan iki sənədində bu istiqamətdəki problemlərin həlli üçün əməkdaşlığın gücləndirilməsi qeyd olunur. Sənədə əsasən enerji təchizatında sabitliyin artımı üzrə paket 2016-cı ilə qədər hazırlanıb başa çatmalıdır. “Avropa Birliyi istehsalçı və tranzit ölkələrlə strateji energetika əməkdaşlığını möhkəmləndirmək üçün bütün xarici siyasi vasitələrdən istifadə edəcək”. Sənəddə belə deyilir. Bura Əlcəzair və Türkiyə, Azərbaycan və Türkmənistan, Yaxın Şərq və bir neçə Afrika ölkəsi daxildir. Layihə həmçinin, Norveç, ABŞ və Kanada ilə əməkdaşlığın intensivləşdirilməsini nəzərdə tutur”, - deyə nəşr yazıb.


Lakin “Spigel Online” bu məsələnin bir qədər şübhəli olduğunu hesab edir. Belə ki, Türkmənistan dünyada böyük qaz ehtiyatlarına malikdir. Bu ölkənin qazının Avropaya çıxarılması üçün Bakı yolundan istifadə etmək mümkündür. Amma Aşqabad Rusiya səddini aşaraq buna getmək istəmir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm