Nida.az
Razi Nurullayev: “Yalan detektorundan keçməyə hazıram”
AXCP-dən istefa verən Razi Nurullayev ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin Əli Kərimliyə məlumat ötürməsi məsələsinə bir daha aydınlıq gətirib.
Publika.az xəbər verir ki, R. Nurullayev hər iki
səfirlik haqda dediklərinin kontekstdən çıxarıldığını bildirib:
“Bunun üçün də aydınlıq gətirirəm. Bu, mənim rəsmi və yazılı
mövqeyimidir. Əli Kərimli ilə evində görüşərkən o, mənə deyib ki,
ABŞ və Böyük Britaniya səfirlikləri mənim hakimiyyətə işləməyimlə
bağlı ona məlumat veriblər. O deyib ki, onlar mənimlə bağlı məlumat
toplayıblar və 3-4 ildir ki, ona məlumatlar ötürürlər. Əslində, bu
fikri mənə bir dəfə də 2012-ci ildə demişdi. O zaman isə yalnız
Böyük Britaniya səfirliyinin adını çəkmişdi. Bunu ictimailəşdirmək
ayıbıma gəlmişdi. Düşündüm ki, mənə təzyiq edir”.
R. Nurullayev qeyd edib ki, Əli Kərimli ilə onun arasında hər zaman
problem yaranıb: “Çünki o, mənim yazdığım və verdiyim hər bir
açıqlamanın gah başlığının düzəldilməsini tələb edirdi, gah
Dağlıq-Qarabağ ilə bağlı verdiyim müsahibə və yazdığım yazıların
onun mövqeyi ilə üst-üstə düşmədiyini deyirdi. Gərək mənim hər
yazımın son missiyası “bu iqtidar Dağlıq Qarabağı satıb” olaydı.
Amma istəmirdim ki, politoloq kimi verdiyim açıqlamalarda ədalətsiz
mövqe tutum və jurnalistlərin də mənə politoloq kimi maraqları
azalsın”.
Onun sözlərinə görə, Ə. Kərimlinin səfirliklərlə bağlı dediklərinə
əvvəlcə inanmayıb.
“Ona inanmadığımı söylədim. Dedim ki, onlarla mən də görüşürəm və
heç zaman mənə belə bir münasibət sərgilənməyib. Üstəlik kiçik bir
mübahisə etdik və qeyd etdim ki, adını çəkdiyiniz səfirliklər bu
sözləri deməzlər. Diplomatlar çox ehtiyatlıdırlar və əsasən ümumi
fikir danışırlar. Heç zaman ortaya mövqe qoymurlar. Bunları mətbuat
konfransında da qeyd etmişəm. Bir daha bəyan edirəm ki, ABŞ və
Böyük Britaniya səfirlikləri ilə bağlı heç zaman problemim olmayıb
və hər zaman isti münasibətlərimiz olub. Hər zaman Amerika və Böyük
Britaniyanı Azərbaycan dövlətinin dostu hesab etmişəm və
fikirlərimdə dəyişiklik əmələ gəlməyib. Səfirliklərdə görüşdüyüm
zaman, heç zaman nə mətbuata, nə də kənar şəxslərə heç nə
deməmişəm. Hər zaman prinsipim iki şəxs arasında olan söhbətin elə
iki şəxs arasında qalmasıdır. Bununla bağlı mətbuata
açıqlamalarımda axtarış edilə bilər.
Heç zaman ümumi sözlərdən kənara çıxmamışam və bu belə olaraq da qalacaq. ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət edirəm ki, biz bu məsələləri stol arxasında müzakirə edək. Dediyim və yazdığım məsələlərdə zərrə qədər də yalan yoxdur. Əksinə, hələ bir az yumşaldaraq fikrilərimi izah etməyə çalışıram. Mən əminliklə yalan detektorundan da keçməyə hazıram. Heç düşünmədən. Bunu mətbuatın qarşısında da, təklikdə də edə bilərəm”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu